Dekabr 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı yaxınlığı), Bakı, Azərbaycan, AZ1003

xəritə

OPENING HOURS

Çərşənbə Axşamı - Bazar: 11.00 > 20.00

Qeyri iş günü: Bazar ertəsi

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

 

Xəritə

FREESTYLE: BAKI UŞAQ TEATRI GÜNAHSIZ GÜNAHKARLAR TAMAŞASI

08 Dek 17

YARAT Müasir İncəsənət Məkanı Bakı Uşaq Teatrının “Günahsiz günahkarlar” tamaşasa baxmağa dəvət edir.


dbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Müasir dövrün qlobal problemlərindən olan insan alveri mövzusuna həsr olunmuş “Günahsiz günahkarlar” tamaşası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. 


Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunçular kimdir? Mafiyanı kim idarə edir?  Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? 

Fərqli rejissor quruluşu bütün bu suallara “Günahsız günahkarlar” tamaşasında cavab verir.  


Əsərin müəllifi: Arzu Soltan

Quruluşçu rejissor: İntiqam Soltan 


Tamaşa Azərbaycan dilində nümayiş olunacaq.


Yaş məhdudiyyəti: 16+


Tamaşanın müddəti: 80 dəq.


Tarix: 8 dekabr, 2017-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın


Öncədən qeydiyyat: +994125051414, +944502469292

Yüklənir