Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ADO TEATRININ YUBİLEYİ – DAĞINIQ BIR ODA!

15 İyl 17

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın ilk müstəqil teatrı olan ADO`nun təntənəli yubiley tədbirini təqdim edir. Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO 5-ci ilini açıq elan edəcək.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 5-ci ilinin açılışını YARAT Müasir İncəsənət Mərkəzində keçirəcək. Dağınıq bir Oda adlı genişmiqyaslı tədbir saat 17:00-dan başlayacaq. 

Tədbirdə ADO-nun performansları, tamaşalarından qısa parçalar göstəriləcək. Eyni zamanda ADO-nun 5 il ərzində keçdiyi yol haqda tamaşaçılara məlumat, video teaser və fotolar təqdim olunacaq. Bundan əlavə tanınmış müğənnilər, musiqiçilərin ifası, DJlərin iştrakı və bir çox sürprizlər təqdim olunacaq.


ADO tədbir gününə kimi mütəmadi olaraq məlumatlar yayacaq, tədbirin proqramını təqdim edəcək və musiqiçilərin adlarını da açıqlayacaq. Bütün bunlar haqda ətraflı olaraq “ADO.AZ” saytında və “fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz.


ADO haqqında

ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO`nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək bir ad altında – “ADO Theatre – Collective” kimi fəaliyyətini genişləndirərək davam etdirir. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO hər kəsi öz yubiley tədbirinə dəvət edir! 


Tarix: 15 iyul, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir və izləyicilər üçün “buffet” də nəzərdə tutulub

Yüklənir