Aprel 2024

FREESTYLE: DJ HAZI İLƏ ELEKTRON RİTMLƏR VƏ KLASSİK MELODİYALAR

14 İyl 17

YARAT Müasir İncəsənət Məkanı FreeStyle Electro və FreeStyle Classics – elektron ritmlər və klassik melodiyalara həsr olunmuş tədbirlərin xüsusi seriyasını təqdim edir! Bütün yay boyunca, hər cümə canlı performanslardan ləzzət almağa hazır olun. 14 iyul tarixində saat 20.00-da DJ Hazinin təqdim edəcəyi canlı DJ setə sən də qatıl!


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Həzi Kərim (DJ Hazy) – Bakının anderqraund elektron səhnəsində hamıya çox yaxşı tanış olan, azərbaycanlı DJ və prodüserdir. “Az söz, bol musiqi” şüarına sadiq qalan Həzi 2009-cu ildən DJ və prodüser kimi fəaliyyət göstərir. Yalnız musiqinin ifadə edə biləcəyi dərin emosiyalarını daim bölüşmək arzusunda olan Həzi, sizi unikal səslərin yer aldığı daxili aləminə dəvət edir.


Texniki dəstək: Red Bull 


Tarix: 14 iyul, 2017

Saat: 20:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir

Yüklənir