May 2024

AİLƏNİZLƏ BAZAR GÜNÜ: Saidə Tağızadə ilə Daxildəki musiqi

25 Okt 15

AİLƏNİZLƏ 
BAZAR GÜNÜ

Ailə üçün proqram


Musiqi istənilən sənət əsərini və onun yaranma dövrünü anlamaq imkanlarımızı əhəmiyyətli dərəcədə daha dolğun və dərin edir. Yalnız ahəng halında olduğu zaman hisslərimiz həyat mənzərəsini və insan obrazlarını tam şəkildə əks etdirə bilir.  


Sizə, musiqi nəzəriyyəsini dünya təsviri sənət tarixi ilə birləşdirib təqdim edən bənzərsiz bir ustad dərsinə iştirak etməyi təklif edirik. Bu tədbirdə övladınızla yanaşı iştirak edərək, Siz dünya şöhrətli rəssam və bəstəkarlar barədə, eləcə də onların əsərləri haqqında məlumatınızı artıra bilərsiniz. Bundan əlavə, Siz burada “rəngləri eşitmək” və “səsləri görmək”,  duyğularınızı təhlil edib kağız üzərində ifadə etmək bacarığı da qazanacaqsınız.

Dərs oyun formasında qurulub. Siz təcrübəli müəllimlə birlikdə sadə tapşırıqları yerinə yetirərək, bolluca xoş təəssürat alacaqsınız.  bir sira beynəlxalq və milli müsabiqələrin laureatıdır.


Səidə Tağızadə – konsert proqramları ilə çıxış edən pianoçu, Azərbaycan Dövlət Musiqi Akademiyasının məzunu, pedaqoq və istedadlı rəssamdır. O, bir sıra beynəlxalq və milli müsabiqənin laureatıdır. Konsert proqramları ilə Yaponiya, Finlandiya, Rusiya, Amerika, Britaniya, Cənubi Koreya və digər ölkələrdə çıxış edib. 


Əgər istəyirsiniz ki:

•    Ailənizlə maraqlı bir gün keçirəsiniz
•    Hamılıqla maraqlı tədris və əyləncə tədbirlərinə qatılasınız
•    yaşından asılı olmayaraq ailənizin hər bir üzvünü füsunkar tədbirə cəlb edəsiniz

YARAT Müasir İncəsənət Mərkəzində keçirilən tədbirlərdə iştirak edin!

Hər bazar günü saat 11:30 – 13:30 Ailənizlə Bazar Günü YARAT Mərkəzində təşkil olunur

•    Guided excursions over exhibitions presented at the centre.
•    Art workshops with prominent contemporary artists.
•    Joint creativity activities for the whole family which help to develop imagination and art skills.


Iştirak ödənişsizdir!


İştirak etmək arzunuzu bizə bildirin – e-mail: sayara.h@yarat.az ya da telefon nömrəsinə zəng etməklə 050 218 06 29


Gəlin və bizimlə sevinin!

*Ustad dərslər zamanı valideynlərin və ya himəyadarların iştirakı mütləqdir!


FACEBOOK

Yüklənir