Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: BÜTÜN VÜCUDLAR DANIŞIR! NİQAR SULTANOVA-YILDIRIM İLƏ USTAD DƏRSLƏR

18 Sen - 30 Sen 17

YARAT Freestyle və "DanceAbility Azerbaijan" şirkəti hər kəsi Nigar Sultanova-Yıldırım tərəfindən keçirələcək "DanceAbility – İnklüziv rəqs” ustad dərslərində iştirak etməyə dəvət edir.


Dərslər 18-30 sentyabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək və iştirakçıların birgə yekun performansı ilə başa çatacaq.


Dəstək: Rapid Solutions 


DanceAbility "AYRI-SEÇKİLİYİ DƏF ET" – istər peşəkar, istər daha az təcrübəli, istər əlilliyi olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi axırıncı metodun tərtibatında son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. DanceAbility fərqli ölkələrdə bir çox layihələri və bütün dünyada 500-ə qədər pedaqoqu özündə birləşdirən beynəlxalq təşkilatdır. Hal-hazırda DanceAbility müstəqil filialları Avstriya, Azərbaycan, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir.

DanceAbility intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək müqabilində toplum, inklüzivlik və rifah qazanır. Dərslər əyləncəlidir və hər kəsə özünü fərd olaraq ifadə etmə imkanı yaradır. Dərslər hər bir kəsə uyğundur; peşəkar və həvəskar rəqqaslar, görmə və eşitmə əlilliyi, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər bir şəxs bu dərslərə qatıla bilər.


Qeydiyyat:
Yaş həddi: 16 yaş və yuxarı


Dərslərdə iştirak etmək üçün qeydiyyat formasını doldurmanız xahiş olunur.

https://docs.google.com/forms/d/16jx-GmZQnfSOaJxk-gSLYFn9mTFXT9yBp0DF16qJVRE/viewform?edit_requested=true


Müraciətlər 15 sentyabr 2017-cı il tarixinə qədər qəbul olunur!


Məşğələlər ödənişsizdir!

Özünüzlə rahat bir geyim və dəsmal gətirməniz xahiş olunur


Təlimlərin vaxtları:
18 Sentyabr > 19.30 – 22:00
20 Sentyabr > 19.30 – 22:00
23 Sentyabr > 12.30 – 15:00
25 Sentyabr > 19.30 – 22:00
28 Sentyabr > 19.30 – 22:00
30 Sentyabr > 12.30 – 14:30


Dərslərdə iştirakçılar spontan və müxtəlif hərəkət keyfiyyətlərini araşdıracaq. Eyni zamanda hərəkətin yaranmasında intuitiv/impulsiv yanaşmaların araşdırmasında və improvizə edə bilmələri üçün DanceAbility metodu təqdim olunacaq. DanceAbility dərslərində iştirakçıların bədənlərini rahatladıb öz diqqətlərini bədənlərinin daxili hisslərinə fokuslanması ilə başlayır. Sonra iştirakçılar hərəkətə başlayaraq istək və maraqlarına uyğun olaraq öz bədənlərinə rəqs vasitəsilə “danışmağa” imkan yaradır. Bədən əzələləri isinmədən sonra məşqlər duet, trio və ya bütün qrupla birgə aparılır. Ünsiyyət üçün sözlərin yerinə biz “bədən dilindən” istifadə edirik. Hər dərs bütün insanların iştirakı üçün unikal şəkildə struktura malikdir. Dərslər elə şəkildə qurulub ki, burada hər kəs biri-birindən öyrənir, təcrübələr edir və bunun da nəticəsi olaraq öz kompozisiyasını yaradır. DanceAbility dərslərini daha yaxşı anlamaq üçün isə onu təcrübədən keçirmək lazımdır.


Nigar Sultanova-Yıldırım 1983-cü ildə Bakıda doğulub, son yeddi il ərzində Türkiyədə yaşayıb-yaradıb. O, 1990-1998-ci illər arası N. Tusi Adına Gimnaziyada Milli Azərbaycan və Dünya rəqsləri üzrə dərslər alıb. Nigar 2007-ci ildə Rus dili və ədəbiyyatı ixtisası üzrə Bakı Slavyan Universitetini bitirib. 2003-2008-ci illər arası Hyatt Bakı Otellərində işləyib. 2010-cu ildə isə o, Türkiyəyə köçüb və orada xoreoqraf Villian Balqoria Diazdan populyar Kuba rəqsləri üzrə dərslər alıb. 2011-ci ildə İstanbulda Tolqa Han Rəqs Məktəbinin Latın Amerika rəqsləri proqramını bitirib. "Danza Contemporanea de Cuba" rəqs şirkətində Modern və populyar Kuba rəqsləri üzrə təhsil almaq üçün Nigar 2014-cü ildə Havanaya (Kuba) yollanıb. 2012-ci ildən 2015-ci ilədək o, Türkiyədə hər il baş tutan “Misirli Ahmet Rhythm & Art Camp”-da Qafqaz və Kuba rəqsləri üzrə dərslər tədris edib. 2015-ci ildə "1915 Geçilmez 2015" adlı Rəqs/Teatr/Multimedia layihəsində çıxış edib, həmçinin “Ömər ibn Xəttab” tamaşasında xoreoqraf kimi fəaliyyət göstərib. Avropa Şurasının “Yaradıcı Avropa” proqramı çərçivəsində həyata keçirilən “Musiqi və yaddaş” layihəsində Nigar 2015-2017-ci illərdə musiqi koordinatoru kimi işləyib. Nigar 2016-da Vyanada keçirilən “ImPulsTanz” Beynəlxalq Festivalında Alito Alessi tərəfindən tədris edilən “DanceAbility Pedaqoq Sertifikat Proqramı”nın da məzunudur və 2017-ci ilin iyul ayında Bakıda “DanceAbility Azerbaijan” şirkətini qurub. “DanceAbility Azerbaijan” şirkətinin əsas missiyası əlilliyi olan və olmayan insanların birlikdə rəqs və hərəkət etməsi üçün imkanlar yaratmaqdır.


www.danceability.az


https://www.facebook.com/danceabilityazerbaijan/

Yüklənir