Mart 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

USTAD DƏRS: PƏNCƏRƏDƏ – BİRLİKDƏ SUBYEKTİVİZMİ TƏŞKİL EDİRİK

28 Avq - 01 Sen 17

YARAT Müasir İncəsənət Məkanı yerli rəssamları braziliyalı kurator Şeyla Zaqo tərəfindən YARAT Emalatxanalarında keçiriləcək ustad dərsdə iştiraka dəvət edir. Ustad dərs 5 gün davam edəcək.


Ustad dərsin məqsədi – kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır. Rəssam, onu görməyə gələn, habelə yoldan keçən tamaşaçılar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək.


Bu layihə, dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. Braziliyada yaradılmış layihə, bu gün dünyanın hər yerində incəsənət vasitəsilə insanları birləşdirməyə, bütün mümkün yerlərdə azlıqlar üçün eyni zamanda incəsənət, təhsil, sevinc və vizual imkanlar gətirməyə çalışır. Belə əlaqələrdən rəssamlar bir araya gəlir, müasir incəsənət sərgiləri və çıxışlar baş verir, seminarlar hazırlanır. Son layihələr Braziliya, Hindistan, İtaliya, Livan və Qətərdə keçirilib.


Xahiş edirik CV-nizi, telefon nömrənizi və portfolionuzu 23 avqust tarixinə qədər artim@yarat.az ünvanına göndərəsiniz.


Əlavə suallar üçün, zəhmət olmasa artim@yarat.az e-poçtu və ya 012 505 1414 telefon nömrəsi ilə bizimlə əlaqə saxlayın.


Tarix: 28 avqust – 1 sentyabr, 2017-ci il

Saat: 16:00 – 19:00

Məkan: YARAT Emalatxanaları

Ünvan: Akademik Həsən Əliyev küç.,1061, Nəsimi rayonu

Giriş qeydiyyat ilə

Yüklənir