May 2024

TEYMUR DAİMİ İLƏ USTAD DƏRSLƏRİ

01 İyn - 30 İyn 14

İLK BAŞLANĞICDA SÖZ OLUB. SÖZ YARATMAĞIN SİRRİ, GÜCÜ VƏ QÜVVƏSİ

Müddət: 

1 iyun 2014 – 30 iyun 2014 (4 həftə)

(həftədə 3 dəfə)

KURSUN RƏHBƏRİ: Teymur Daimi
O, həm multimedia rəssamı, film yaradıcısı, filosof-alim (elmlər doktoru), incəsənət və kino tənqidçisi, incəsənət üzrə məsləhətçi, incəsənət müəllimi, həm də publisist və şairdir.  Onun peşəkar maraq dairəsi təsviri incəsənət, kinematoqrafiya, eksperimental kino, qavrayış nəzəriyyəsi, incəsənət barədə yazı, pedaqoji təcrübə, neyropsixologiya, tətbiqi psixologiya, antropoloji təcrübələri özündə birləşdirən müxtəlif sahəli fəaliyyəti əhatə edir.

KURSUN TƏSVİRİ:
Bu kurs tələbələrə müxtəlif analitik texnikaları təqdim etmək, onların yazı qabiliyyətlərini dəyişmək və nəticə kimi onları müasir incəsənət və mədəniyyət istiqamətində tənqidi və analitik mətnlə peşəkar şəkildə işləmək üçün hazırlıq məqsədilə nəzərdə tutulub.

Kurs iki əsas hissədən ibarətdir:
Nəzəri hissə – a) tələbələri incəsənət tarixi, xüsusilə müasir incəsənət tarixi ilə tanış edir,  b) tələbələrə yaradıcı yazının  və tənqidi analizin əsaslarını tətbiq etməyi öyrənməkdə kömək edir;

Praktik hissə - tələbələrə onların öz yazıları üzrərində daimi işləmə üsulunu əhatə edir. Kursun sonuna yaxın hər bir tələbə müstəqil şəkildə analitik mətn yazmağı bacarmalıdır. Həmçinin, kurs zamanı tələbələr muzey, qalereya, rəssam studiyaları və s. kimi incəsənətlə bağlı məkanları ziyarət edəcək.

HƏDƏF QRUPU:
SÖZÜN sehri, İNCƏSƏNƏT və mədəniyyətin fəlsəfəsinə dərin marağı olan və mədəniyyət analitiki, incəsənət publisisti peşəsinə sahib omağı arzulayan və yaxud özünün intellektual fəaliyyətini daha məhsuldar etmək istəyən humanitar sahənin tələbələri və ya gənc peşəkarları. Yaxşı yazı qabiliyyəti vacib şərtdir.

CƏDVƏL:
Kurs iyun ayında 4 həftə ərzində keçiriləcək. Hər dərsin müddəti – 3-5 saatdır (dəyişə bilər). İlk 3 həftə analitik peşəsinə yiyələnmək üçün nəzəri-praktiki hissəyə, sonuncu həftə isə tam olaraq müstəqil fəaliyyətə həsr ediləcək: tələbələr kursun rəhbəri ilə gündəlik ünsiyyətdə olaraq başlıca analitik mətnləri yazmaq üzrə istiqamətləndiriləcəklər.

YEKUN:
Tələbələrin müəllifi olduqları müasir incəsənətə həsr edilən işlərin məqalə topluları şəklində və yaxud elektron mediada nəşri. Tələbələrin ən yaxşı və uğurlu yazılarının ən nüfuzlu jurnallarda nəşr edilməsi təklif ediləcək.   

QEYDİYYAT:
Qeydiyyat tarixi: 5 may, 2014
Qeydiyyat üçün son taix: 20 may, 2014

Xahiş edirik, qeydiyyat formasını (AZEENG və ya RU) dolduraraq iştirak istəyiniz barədə məktubu təqdim edəsiniz (əz azı 200 sözdən ibarət)

E-mail ünvan: info@yarat.az  

Tel.: 0125051414

Yalnız seçilmiş namizədlərə məlumat veriləcək. 


Application Form Ru

Application Form En

Application Form Aze

Yüklənir