May 2024

USTAD DƏRSLƏR: BIRGITTA HOSEA (BÖYÜK BRİTANİYA)

08 Sen - 19 Sen 14

KÖLGƏ SƏSLƏRİ: RƏSSAMLAR ÜÇÜN MÜASİR SİLUET ANİMASİYASI

Müddət

8 – 19 sentyabr, 2014

KURSUN RƏHBƏRİ: Birgitta Hosea

Londonda yaşayan media rəssamıdır və bu yaxınlarda Animasiya və İfaçılıq üzrəpraktiki doktorluq dərəcəsini bitirmiş olduğu Central Saint Martins (London İncəsənət Universiteti) İfaçılıq MərkəzindəTədqiqat Rəhbəri və MA Personaj Animasiyası üzrə Kursun Rəhbəri kimi fəaliyyət göstərir. O, Adobe üzrə sertifikatlaşmış ekspert olaraq Böyük Britaniya, ABŞ, Çin, Hollandiya, Rumıniya, Avstriya və İsveçdə təlimlər aparmışdır.

Onun genişləndirilmiş animasiyada təcrübəsi video instalyasiyası və animasiyalı tamaşadan hərəkət qrafikasına qədər genişlənərək Tate Britain muzeyinin arxivinə daxil edilib. O, Cənubi Kaliforniya Universitetinin Animasiya və Rəqəmsal İncəsənət bölməsində və Vimbldon İncəsənət Kollecinin Rəsm Mərkəzində rezidentura rəssamı olaraq fəaliyyət göstərmişdir.

Onun ən son sənət işlərinə “Traion I” (M. Foa ilə əməkdaşlıqda), Centre d'Arte Contemporain, La Ferme du Buisson, Paris (2014), “Medium”, “gHost IV and Exploding Cinema”, London (2012), Chatter, Cinematic Arts Gallery, Los Anceles (2010), “White Lines” (“Ağ Zolaqlar”), Kinetica İncəsənət Yarmarkası, London (2010) və “Out There in the Dark” (“Orada, qaranlıqda”), Britaniya Film İnstitutu, London və Mix 23 Queer Möcüzəli Eksperimental Film Festivalı, Nyu York (2010) daxildir. 2010-cu ildə o, “Adobe Impact” Mükafatı, 2009-cu ildə Holoqrafik İncəsənət üzrə MAMA Mükafatı və 2004-cü ildə Kral İncəsənət Cəmiyyətinin (fRSA) şərəfli  üzvlüyünə layiq görülmüşdür. 

KURSUN TƏSVİRİ:

Qaranlıq çökəndən və od kəşf olunduqdan sonra canlılar bir-birilərinə kölgələr vasitəsilə rəvayətlərini nəql edirdilər. Qədim və müasir texnikaların qarışığından istifadə etməklə tələbələr maraqlı rəvayətlər danışmaq və cəld bir şəkildə dinamik nəql edən obrazlar yaratmaq üçün kağız marionetlər və rəqəmsal videodan istifadə etməklə kölgə xüsusiyyətlərinin vizuallaşdırılması, müştərək hekayət danışma və obyektlərdən ibarət tamaşanın xüsusiyyətlərini araşdırmaq üçün qrup daxilində çalışacaqlar. Onlar kölgə sənətinin müxtəlif yanaşmaları ilə tanış olma imkanını qazanacaqlar. Bunlara ənənəvi kölgə tamaşalarında hekayətin nəql edilməsi və Lotte Reinigerin işləri; Alman Ekspressionist teatrı və filmdə təhtəlşüurun vizualizasiyası və Vilyam Kentridge və Kara Volker kimi mürəkkəb məsələlərin qabardılmasında kölgə tamaşalarından istifadə edən müasir rəssamlar barədə məlumatlar daxildir. Kurs daxilində Bakıda yerləşən Kukla Teatrına səfər təşkil ediləcək. Kursun sonuna doğru tələbələr şansa əsaslanmış strategiya və proses zamanı ifaçılıq kimi müxtəlif yaradıcı texnikaları təcrübədən keçirmiş olacaqlar. Bu kurs onların cəld və spontan şəkildə çalışarkən, həmçinin, ictimaiyyət qarşısında öz ideyalarını nümayiş etdirərkən, konstruktiv şərhlər alarkən və təqdim edərkən əminlik hisslərinin daha da artırılmasına şərait yaradacaq.  Seçilmiş işlər sərginin əsasını təşkil edəcək.

HƏDƏF QRUPU:

Bu kurs bütün tələbələr, animatorlar, film yaradıcıları və vizual rəssamlar üçün münasibdir. İnsan fiqurunun rəsmi və obraz tərtibatının yaradılması üzrə öncəki təcrübənin olması yardımçı ola bilər. Rəqəmsal video üzrə əvvəlki bilgilərin olması əhəmiyyətli olsa da, zəruri deyildir.

CƏDVƏL:

1-ci həftə: Bazar ertəsi 8 sentyabr – Cümə 12 sentyabr - 09:00 > 13:00

2-ci həftə: Bazar ertəsi 15 sentyabr – Cümə 19 sentyabr - 09:00 > 13:00

1-ci həftə: Kölgə marionetləri

1-ci GÜN: Tanışlıq.

Baxış və müzakirə: Bali və Çində ənənəvi kölgə marionetləri, xalq nağıllarının süjet strukturu, ideya axtarışı və qısa təsvir, Lotte Reingerin “Şahzadə Əhmədin Sərgüzəştləri” filminə baxış (ilk bədii animasiya filmi).

Məşğələ çalışmaları: qrupların, avadanlıq və materailların bölüşdürülməsi; aşağı texnologiyalı kölgə tamaşası ekranının quraşdırılması; ilkin qrup şəklində ideya axtarışı.

Yekun: tələbələr kursun məqsədi və mövzuları ilə tanış olur. İlk qruplar yaradılaraq avadanlıq quraşdırılır.  Müasir tərtibatda ənənəvi süjet strukturuna əsaslanmış hekayəti yaratmaq üçün qısa plan hazırlanır.

2-ci GÜN. Kölgə Personajları

Baxış və müzakirə:  ilk siluet obrazlarının rəsmi, hazırlanması barədə qədim Yunan əsatiri, animasiyada güclü siluetlərdən istifadə - Anthony Lucas tərəfindən çəkilən “Jasper Morellonun Müəmmalı Coğrafi Tədqiqatları” filminə baxış.

Məşğələ çalışmaları: Hekayətlər və obraz tərtibatı üçün ideya axtarışı, marionetlərin hazırlanması, məşq, kameralardan istifadə ilə tanışlıq. 

Yekun: Qrup layihəsinə başlanılaraq tələbələr rəqəmsal kameradan rahatlıqla istifadə etməyi bacarmalıdır.

3-cü GÜN. Rəqəmsal Videomontajla Tanışlıq

Nümayiş: səsin yazılması və videomontaj. 

Məşğələ çalışmaları: Çəkilişin başa çatdırılması. Çəkilmiş materialın əldə edilməsi və montajı. Səs effektlərinin əlavə edilməsi. 

Yekun: tələbələr ilk layihələrini bitirərək sessiyanın sonunda qrupun qiymətləndirilməsi üçün nümayiş etdirəcəklər.

4-cü GÜN. Obyektlərin Hərəkətə Gətirilməsi

Baxış və müzakirə: Baxış, müzakirə və praktiki məşğələ: müxtəlif növ ritm, istiqamət üsulları ilə tanışlıq və Rudolf Labanın “cəhdlər” metodundan istifadə etməklə hərəkətin tənzimlənməsi.

Məşğələ çalışmaları: hər bir iştirakçı maraqlı siluetlərdən ibarət obraz seçmələrini gətirərək yeni qruplar yaradır, Labanın müxtəlif hərəkət kateqoriyalarını təcrübədən keçirir.

Yekun: sessiyanın sonunda hər bir qrup Labanın müxtəlif hərəkət kateqoriyalarının anlaşılmasını nümayiş etdirmək üçün obrazlardan istifadə etməklə öz ekranlarının arxasından canlı ifa təqdim edir.

5-ci GÜN. Ekskursiya

Bakıdakı Kukla Teatrına səyahət

2-ci Həftə: Kölgə Səsləri

6-cı GÜN. Kölgəli Təsvir

Baxış və müzakirə:  Ənənəvi kölgəli təsvir, Pilobolus Rəqs Teatrının fəaliyyəti, tam bədənli marionet ifaçılığı və bədən dartılması kimi marionetlərdən istifadə.

Məşğələ çalışmaları: yeni qrupların yaradılması, marionetləri tənzim edənin bədəninin dartılmasına səbəb olan kuklaların yaradılması, daxili kölgələrin aşkarlanması.

Yekun: Tam bədənli marionetlərin hazırlanması və ssenarilərin yaradılmasının başlanması. 

7-ci GÜN. Daxili Kölgə

Baxış və müzakirə:  Freyd və psixoanalizin genişləndirilməsi, alman ekspressionist teatrı və filmində kölgələrdən istifadə.

Məşğələ çalışmaları: çəkiliş və montajın yekunlaşdırılması. Səsin əlavə edilməsi.

Yekun: hər bir qrup sessiyanın sonunda qrup müzakirəsi üçün nümayiş etdiriləcək video yaradır. 

8-ci GÜN. Müasir Rəssamlar və Kölgə

Baxış və müzakirə: Kara Volker, Villiam Kentridge, Sue Noble və Tim Vebster kimi kölgə marionetləri ilə çalışan müasir sənətkarların yaradıcılığı, yaradıcılıqda şansın rolu və “exquisite corpse” kimi surrealist oyunlar.

Məşğələ çalışmaları:  yeni qrupların yaradılması, təsadüfi süjet xətlərinin inkişafı üçün obrazlar və hekayət parçalarının yaradılmasında “exquisite corpse” metodundan istifadə.

Yekun: hər bir qrup sessiyanın sonunda qrup müzakirəsi və əks əlaqə üçün öz ekranlarının arxasından canlı ifa təqdim edir.

9-cü GÜN. Müasir Rəssamlar və Kölgə II

Sual-cavab sessiyası ilə müşayiət edilən Rəşad Ələkbərovun yaradıcılığının təqdimatı.

Məşğələ çalışmaları:  sərbəst seçim qruplarının yaraılması, sərbəst təşəbbüslü layihələrdə çalışma.

Yekun: qruplar sərbəst təşəbbüslə yaradılan Kölgə Səsləri layihəsinin planını hazırlayaraq onun üzərində çalışmağa başlayacaq. 

10-cü GÜN. Kölgə Səsləri

Məşğələ çalışmaları:  videonun çəkilişi, əldə edilməsi və montajı.  Səsin əlavə edilməsi.

Yekun: Kölgə Səsləri layihəsinin bitirilməsi, qrup müzakirəsi üçün nümayişi, son şərhlər və kursun qiymətləndirilməsi.

YEKUN:

Tələbələr qrup müzakirəsinə çıxarılacaq bir neçə canlı və çəkilmiş qısa parçaları bitirəcək. Seçilmiş işlər gələcəkdə qrup sərgisinə daxil ediləcək.

QEYDİYYAT:

Qeydiyyatın tarixi: 1 avqust

Son tarix: 29 avqust

Xahiş edirik, qeydiyyat formasını (AZİNG və ya RUS) dolduraraq iştirak istəyiniz haqda məktubu təqdim edəsiniz (ən azı 200 sözdən ibarət) 

Motivasiya məktubunu Sizin üçün rahat olan dildə yaza bilərsiniz (Azərbaycan, Rus və ya İngilis).

Email ünvan: info@yarat.az; leyla.m@yarat.az 

Əlaqə telefonu: ‪‪012 5051414

Yalnız seçilmiş namizədlərə məlumat veriləcək. 

İştirak üçün əvvəlki işlərinizi əks etdirən ən azı 5 və ən çoxu 10 şəkil təqdim etməyiniz xahiş olunur.


Application Form Ru

Application Form En

Application Form Aze

Yüklənir