May 2024

VALERİE GREEN (ABŞ) İLƏ MÜASİR RƏQS ÜZRƏ USTAD-DƏRSLƏR

27 Avq 14

VALERIE GREEN (ABŞ) İLƏ USTAD DƏRSLƏR

MODERN DANCE TECHNIQUE

MÜASIR RƏQS ÜSULLARI

Müddət: 27 avqust 2014

13:00 - 15:00 > Müasir rəqs üsulları

15:30 -17:30 > Xoreoqrafiya: “Qutudan kənar” yaradıcılığa ilham mənbəyi

KURSUN RƏHBƏRİ: VALERIE GREEN

Valerie Green 19 ildir New York City rəqs cəmiyyətdə rəqqasə, xoreoqraf fəal məşğul olmaqla müəllim olmuşdur. O 2005-ci ildə Dance Entropiya adlı öz özəl şirkətini yaratmış (1998-ci ildə təməlli quyulanda Green Space adlanırdı). Valerie Green 28 rəqslər və 6 rəqs kompozisiya əsərləri yaratmışdır. Onun xoreoqrafiyası Nyu Yorkda yaşadığı zaman tamaşaya qoyulur və həmçinin ABŞ-nın müxtəlif yerlərinə səfər edir.

13:00 - 15:00 Müasir rəqs üsulları >>>

KURSUN TƏSVİRİ:

Bu dərs Erik Havkinsin müasir rəqs metodikasından təsirlənib. Dərsdə vurğulanan ümumi beynəlxalq prinsiplər qatılan iştirakçılarin rəqs təliminə xüsusi faydalı olacaq və mərkəzi gücü hərəkətin təşəbbüsü, kontrolu və doğru ahəngdə yayılması istiqamətində idarə etməyi, o cümlədən, çanağın bədən əyrilərinin alt və üst istiqamətində hərəkətinin öyrədilməsini təşkil edəcəkdir. Bu dərs prosesi Xanım Greenin Body Mind Fitness’də sertifikatla təsdiq olunmuş təcrübəsindən istifadə edilir. Təlimlər fitri spiral və sümük ritmlərinin məntiqi uyğunlaşmasını vurğulayaraq, bədən mexanikasının və sinir- əzələ sisteminin təhlükəsiz şəkildə istifadəsi ilə yönləndirilir.

Dərslər ayaqları, beli, mərkəz və çanaq hissələri canlandırmaq üçün nəzərdə tutulmuş bir  sıra döşəmə hərəkətləri ilə strukturlaşdırılmışdır. İşin əsas hissəsi müvafiq sıralanma ilə uyğunlaşdırılmış texniki təlimlərlə dəstəklənməyə yönəldilmişdir. Dərs müxtəlif dönmə hərəkətləri, tullanmalar, döşəmə və qeyri-döşəmə rəqslərinin bəlirgin jestler və  də müxtəlif dinamika ilə birləşən ritmik, bütöv bədən hərəkətlərinin kombinasiyası ilə yekunlaşdırılır. 

Dərslər Valerie Greenin yaratdığı hərəkətlərlər əsasında qurulur, Erik Havkinsin fundamental üsulları ilə dəstəklənir və BodyMind fitness prinsipləri ilə yönləndirilir. 

15:30 -17:30 > Xoreoqrafiya: “Qutudan kənar” yaradıcılığa ilham mənbəyi >>>

KURSUN TƏSVİRİ:

Seminar kooperativ, strukturlaşdırılmış təlimlər və improvizasiya vasitəsi ilə bədənin necə, nə vaxt və niyə hərəkət etməsinin prinsiplərini araşdırır. Rəssamlar öz yaradıcılıqlarını aşkar edib inkişaf etdirmək üçün daha tərbiyəvi mühitdə olacaqlar.

HƏDƏF QRUPU:

Bu seminar rəqqaslar, xoreoqraflar, aktyor və rejissorlar üçün nəzərdə tutulmuşdur.

YEKUN:

Tələbələr mütəşəkkil, sağlam, aydın hərəkətlər icra etmək üçün bədənlərini gücləndirəcək və bunun ən doğru yolu üçün gərəkli biliklərə sahib olacaqlar. Tələbələr səmərəli yolla tez hərəkət etməyi və güclü məqsədləri hədəf tutaraq yavaş hərəkətləri həyata keçirməyi öyrənəcəklər. Bundan əlavə biz, dramatik məqsədlə ifadəli hərəkət etməyi, daxili emosiyanallığı fiziki qabiliyyətimizlə uzlaşdırmağa çalışırıq.

QEYDİYYAT:

Qeydiyyat tarixi: 15 avqust, 2014

Qeydiyyat üçün son taix: 25 avqust, 2014

E-mail: leyla.m@yarat.az


Əlaqə telefonu: 012 5051414

İştirak sərbəstdir. 


Facebook Event

Yüklənir