Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

AQNE RAMANAUSKAYTE İLƏ RƏQS ÜZRƏ USTAD DƏRSLƏR

15 Apr 15

Litva müasir rəqs ustası Agne Ramanauskaite tərəfindən ustad dərslər.

YARAT Müasir İncəsənət Təşkilatı peşəkar aktyor və rəqqasları Agne Ramanauskaite tərəfindən təqdim olunacaq 1 günlük Ustad-dərsində iştirak etmək üçün dəvət edir.


Onun dərsləri təbii və biixtiyar hərəkət hissinin güclənməsini hədəfə alır. Buna nail olmağın yolu isə bədən üzvlərinin ifadəli artikulyasiyasına, bir də vücudun şüuruna həssas yanaşmadan keçir. Bədən rəqsini öyrətmə prosesi zamanı ən çox rəvanlıq, ağırlıq, fiziki enerji və ətraf fəza ilə əlaqə kimi anlayışlardan istifadə olunur. Tələbələrin “rəqs lüğəti”ni zənginləşdirmək üçün onlara müasir rəqs texnikalarının qarışıq tətbiqi də öyrədilir. Eyni zamanda, belə yanaşma tələbələrə imkan verir ki, onlar öz hərəkət bacarıqlarının inkişafı üçün fərdi fiziologiya baxımdan tələb olunan mexanizmləri görə bilsinlər.  


Agne Ramanauskaite – rəqqasə, aktrisa və müəllimədir, bu yaxınlarda isə özünü xoreoqraf kimi də çox uğurla sınamışdır. 

O, Litva Teatr və Musiqi Akademiyasında peşəkar hazırlıq keçib (2009-cu ildə aktyorluq və müasir rəqs üzrə magistraturanı bitirib). Akademiyanı bitirdikdən sonra da peşə bacarıqlarını müntəzəm surərtdə artıraraq müxtəlif rəqs kursları və treninqlərdə iştirak edib. 

Aktrisa və rəqqasə qismində Agne bir çox məşhur teatr rejissoru ilə (o cümlədən Oskaras Kosrunovas, Jonas Vaitkus, Agnius Jankevičius) və xoreoqraflarla (Vytis Jankauskas, Aira Naginevičiūtė, Jérôme Meyer) çalışıb, Litvada və onun xaricində yerləşən müxtəlif teatrların səhnəsində 25-dən artıq rolda çıxış edib. 

2012–2013-cü ilin mövsümündə Milli Dram Teatrı ilə Litva Gənclər Teatrının səhnələrində bir sira yaddaqallan obrazlar yaratmışdı, Korzo Teatrı (Niderland) və xoreoqraf Jérôme Meyer ilə əməkdaşlıq edərək “W(o)men” adlı yeni rəqs tamaşasının premyerasında iştirak etmişdi və xoreoqraf kimi debüt edərək “Arts Printing House” Mərkəzində (Litva) ilk dəfə tamaşanın xoreoqrafı olmuşdu.   

Səhnədə onun daimi tərəfmüqabilləri olan Mantas Stabačinskas and Paulius Tamolė ilə birlikdə Agne “Arts Printing House” Mərkəzində keçirilən “Açıq Səhnə” adlı gənc sənətkarlar proqramına qatılıb “Contemporary?” (“Müasir?”) adlı ironik müasir rəqs performansını təqdim etmişdi. Həmin performans ona Litvanın nüfuzlu teatr mükafatını – Qızıl Səhnə Xaçını qazandırdı (2013).


15 Aprel, 2015

16:00 - 18:00

Azərbaycan Dövlət  Rus Dram Teatrı

Ünvan: Xaqanı küç. 7

İştirak etmək istədiyiniz halda qeydiyyatdan keçməlisiniz və şəxsi məlumatınızı qeyd olunmuş email ünvanına göndərməlisiniz:  ulvia.a@yarat.az 


FACEBOOK

Yüklənir