May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARATDA ART TƏCRÜBƏ İMKANI

02 May - 13 May 16

YARAT Müasir İncəsənət Məkanı ART TƏCRÜBƏ proqramına namizədlərin qəbulunu elan edir.


Siz gənc və fəalsınızsa, yeni ideyalarınız varsa, sizə yaradıcı potensialınızı bizimlə reallaşdırmaq imkanı əldə edəcəksiniz.


ART Təcrübə proqramı - YARAT təşkilatında təcrübə keçməklə yanaşı, müasir incəsənət sahəsində əvəzolunmaz təcrübə qazanmaq üçün əlverişlidir.

Proqram bütün təhsil və sərgi layihələrində aktiv iştirak etmək imkanı təklif edir.


Təcrübə dövrü: 6-12 ay.

İş qrafiki: 4 saatdan az olmayaraq.

Təhsilinizlə əlaqədar iş qrafiki sizinlə əvvəlcədən müəyyənləşdiriləcək


YARAT-ın təcrübə proqramında iştirakınızla siz eldə edəcəksiniz:

• Dinamik yaradıcı mühitdə iş təcrübəsi
• Hər gün müasir incəsənət, musiqi və kino aləminin tanınmış simaları ilə ünsiyyət imkanı  
• YARAT səhnəsində müəllifi olduğunuz layihələrin həyata keçirilməsi (biz sizin maraqlı və cəsur ideyalarınızı dəstəkləməyə hazırıq)
• Tövsiyə məktubu (yalnız proqramı uğurla başa vuran şəxslər üçün)


Tələblər:

• 18-25 yaş arası tələbələr
• Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir
• Cəsarətli və qeyri-adi düşünmək qabiliyyətinə malik olmaq
• Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq


Proqrama müraciət etmək istəyirsinizsə, 13 may 2016-cı il tarixinə qədər qeydiyyatdan keçməyiniz xahiş olunur. 

https://docs.google.com/forms/d/1VhAL1FH87NkzUwODdpdsQBk2tBrjYSI6zWuFMDMILZU/viewform?c=0&w=1


FACEBOOK

ONLINE QEYDİYYAT

Yüklənir