May 2024

DİQQƏT: ƏMƏKDAŞLIQ DAVAM EDIR!

22 Noy - 28 Noy 13

YARAT Müasir İncəsənət Məkanı Böyük Britaniya Rəssamları Danhill və O'Braynın müddəaları və təklifləri ilə 3 gün müddətində davam edən, 12 gənc rəssamın iştirakı ilə eksperimental heykəltaraşlıq ustad dərslərinin nəticəsini izləyici qismində seyr etməyə dəvətlisiniz!


İştirakçılar: 
Əbdül Abdullayev, Elvin Nəbizadə, İmran Mehdiyev, Cavid Hüseynov, Mehriban Şəmsədinskaya, Mirağa Şahbazov, Pərviz Poluxzadə, Rahib Qarayev, Səbinə Abbasova, Səidə Rüstəmova, Süleyman Rüstəmov, Təhminə Qasımlı


YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ev sahibliyi ilə ustad-dərslərinin "mürəkkəb" olduğu qədər də "canlı" keçirildiyi sübut edildi. Nəticələr Azərbaycan Dövlət Rəssamlıq Akademiyası əsas binasının sərgi zalında nümayiş olunacaqdır.


Açılış: 22 Noyabr, 2013 saat 16:00

Sərgi 28 Noyabr, 2013 tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyası əsas binasının sərgi zalında davam edəcəkdir.


Ünvan: Heydər Əliyev prospekti, 58

Giriş sərbəstdir.

Əlavə məlumat üçün əlaqə nömrəsi: +99412 5051414


 

Yüklənir