Dekabr 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

BALACA YARAT - ÜLVİYYƏ TAĞIZADƏ İLƏ USTAD DƏRSİ: MÜSBƏT PROQRESSİV VALİDEYN LAYİHƏSİ

23 Dek 17

YARAT Müasir İncəsənət Məkanı Balaca YARAT layihəsi çərçivəsində valideynləri Müsbət Proqressiv Valideyn ustad dərsinə dəvət edirik.


Müsbət Proqressiv Valideyn lahiyəsi 2017-ci ildə Londonda yaradılıb. Lahiyənin müəllifi iki əkiz uşaq anası Ülviyyə Tağızadədir. Müəllifin fikrincə, valideynlər təcrübəli olsa belə (gənc valideynləri saymasaq), öz biliklərini daim mükəmmələşdirməlidirlər. Ailələrdə valideynlər ilə uşaqlar və ya ailə üzvləri arasında baş verən xırda münaqişələr bəzən ciddiyə alınmadığı tədqirdə sonradan zəncirvari təkrarlanmağa başlayır. Təlim tərbiyyədə səhvlərə yol verilməməsi üçün valideynlər üçün kurslar mövcuddur. Həmin bu kurslar bu layihənin məğzini təşkil edir.


Bəs bu kursun digər kurslardan fərqi nədir və niyə o unikaldır? Dr. Beckün bilik davranış müalicəsi işində əldə edilən biliklər və müəllimlər üçün xüsusi təlimlər sayəsində (Emotion Coaching, Attachment and brain development, Understanding trauma), Ülviyyə Tağizadənin Müsbət Proqressiv Valideyn lahiyəsi ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrdə təhsildə uğurla tətbiq olunan bilik və bilik strategiyaları ilə zənginləşdirilmişdir.


Ustad dərsdə iştirak etməyi və lahiyənin yaradıcısı ilə görüşmək şansını əldən verməyin.


Tarix: 23 Dekabr, 2017
Saat: 14:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Yüklənir