İyun 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: AYSEL ÖMƏROVA VƏ HÜSEYNAĞA ASLANOV

14 İyn 17

YARAT Müasir İncəsənət Məkanı iyünun 14-dü Yarat Mərkəzinde Ədəbiyyat Klubu çərçivəsində istedadlı gənc yaziçılar – Aysel Ömərova və Hüseynağa Aslanov ilə görüş olacaq. Ədəbiyyat klubunda təşkil olunacaq bu program Yarım qalanlar adlandırıldı və həyatımız yarım qalan sevgidən, sözlərdən ibarət olduğunu göstərir.


Çıxışlar azərbaycan dilində keçiriləcək.


Ayseli Ömərova (21 yaş) 2013-cü ildə Bakı şəhəri Nizami rayonu Y. Kovalyov adına 229 saylı orta məktəbdən məzun olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə son kurs tələbəsidir. “Uşaq yaşlarımdan yazıb-pozmaqla məşğul olmuşam. Yeddi yaşımda valideynlərim yazdığım qısa hekayələri bir araya toplayıb “Ayselin nağıl dünyası” adlı ilk kitabımı çap etdirmişlər. Həyatımın hər dövründə şeirlər və hekayələr yazmışam. Üç ildən çoxdur ki yazıçılıq fəaliyyətim sosial platformadadır” – bildirir Aysel. Ali təhsilini yekunlaşdırdıqdan sonra bu işlə ciddi məşğul olmaq başlıca planıdır.


Hüseynağa Aslanov beynəlxalq müsabiqə qalibi (1ci Beynəlxalq İncesenet Festivalı – Art Olimpia 2017) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “aktyor sənəti” ixtisası tələbəsi. M.F.Axundovun Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah pyesində Qulaməli, U.Şekspirin Romeo və Cülyetta faciəsində Benvolio və bir çox tamaşalarda rol alıbnc yaziçı peşəkar şəkildə bədii qiraətlə məşğuldur. Skripkaçıdır. Bir çox respublika müsabiqələrinin iştirakçısı və qalibi olmuşdur. Avanqard simli kvartetində 2-ci skripka kimi fəaliyyət göstərir. 2010-cu ildən şeirlər yazır. Heca, əruz, sərbəst vəzndə bir çox şeirlərin müəllifidir. 2015-ci ildə ilk pyesini Qanlı ədalət yazır.  


Tarix: 14 iyun, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir

Yüklənir