May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

FİLM KLUB: ORKESTRİN MƏŞQİ FİLMİNİN NÜMAYİŞİ

20 Avq 22

ARTIM Layihə Məkanında YARAT Film Klubu çərçivəsində italiyalı rejissor Federiko Fellininin psevdosənədli film üslubunda lentə aldığı “Orkestrin məşqi” filminin nümayişi keçiriləcək.


Nümayişdən sonra, Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) idarə heyətinin üzvü, Qərbi Kaspi Universitetinin psixoanaliz üzrə lektoru, psixoanalitik Fariz Səmədov ilə “Kino və psixoanaliz” mövzusunda açıq müzakirə keçiriləcək.


Simfonik orkestrin məşqindən əvvəl musiqiçilər qəfil gələn televiziya çəkiliş qrupuna müsahibə verirlər. Dirijor zala daxil olur və məşq başlayır. Dirijorun tələbkarlığı, iradları musiqiçilərin narazılığına səbəb olur və bayaq ruh yüksəkliyi ilə musiqi haqqında ürək sözlərini deyən insanlar bir anda məhvedici qüvvəyə, coşqun üsyançılara çevrilirlər...


Nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə həyata keçirilir.


Müddət: 70 dəq.

Dil: İtalyan və alman, Azərbaycan dilində alt yazıları ilə


Tarix: 20 avqust, 2022

Saat: 20:00


Qeydiyyat linki:

https://forms.gle/jLefgVj7SXjKreWm8


Yaş məhdudiyyəti: 12+

Yerlərin sayı məhduddur.

*COVID pasportunun olması mütləqdir.


Məkan: ARTIM Layihə Məkanı, İçərişəhər

Yüklənir