Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM CLUB film ŞƏHƏR MOTİVLƏRİ FİLMLƏR SİLSİLƏSİ 2 HİSSƏ

24 Noy 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 10 və 24 noyabr 2015-ci il tarixində 5 müxtəlif ölkədən 5 müxtəlif rejisserdan "Şəhər motivləri" adlı qısametrajlı filmlər silsiləsini təqdim edirik. 

“Şəhər motivləri” kinoalmanaxı - Bakı və onun sakinlərindən, şəhərin qaranlıq və işıqlı tərəflərindən bəhs edən qısa novellalar kolleksiyasıdır. Filmlərin qəhrəmanları hərəsi öz talelərini yaşayırlar, amma hər hekayənin baş qəhrəmanı məlahətli və azacıq qüssəli obrazında göstərilən şəhərdir. Kinoalmanax müasir Azərbaycan rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Kinoalmanaxın beynəlxalq premyerası bu yaxınlarda noyabrın 5-i Cottbus Beynəlxalq Film Festivalında (Almaniya), ölkəmizdə isə 2 avqust - Azərbaycan Kinosu Günü tədbiri çərçivəsində Nizami Kino Mərkəzində keçirilib.


4. Dmitrov küçəsi, 86 / 2015 / Azərbaycanfilm və Adari Films / 34 dəq. / Drama / Rəngli / Rejissor: Cəfər Axundzadə

Gecənin bir aləmində öz evini axtaran yaşlı, qəribə qadınla gənc bir kişinin təsadüfi görüşü. Bir dəfə, uzun  sürən fasilədən sonra o, yeni, gözəl, lakin çox dəyişmiş başqalaşmış Bakıya düşür.

Baş rollarda: Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdul Mahmudov, Dilarə Kazımova. Ssenari müəllifi və quruluşçu rejissor: Cəfər Axundzadə. Quruluşçu operator: Əlişir Həmidhocayev. Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Rüstəm Zeynallı Kreativ. Prodüser: Eldar Albertsson. İcraçı prodüser: Azər Quliyev. Prodüserlər: Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadə (“Adari films”)


5. Zabitin Şərəfi / 2015 / Azərbaycanfilm və Adari Films / 40 dəq. / döyüş / Colour / Director: Vugar Islamzade

Ekşn (döyüş) janrında olan bu film quldurlar və narkotika alverçiləri haqqında dedektiv hadisədir. Onların ələ keçirilməsi ilə bağlı əməliyyatda azərbaycanın xüsusi xidmət orqanları iştirak edir. Çəkilişlərdə ekşn janrının bütün qanunlarından – təqib, atışma və xüsusi effektlərdən istifadə olunub.

Actors: Rovshan Veliyev, Agil M.Guliyev, Azer Aydemir, Abdul Mahmudov. Producers: M. Hatamov ("Azerbaijan") and Irada Baghirzade ("Adari films")


Filmlər Azərbaycan dilində nümayiş etdiriləcək


Tarix: 24 noyabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


RƏSMİ TREYLER

Yüklənir