Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: AMİL MAMİYEV QARA BAĞ

23 Avq 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 

23 avqust 2016-cı il tarixində rejissor Amil Məmiyevin “Qara bağ” adlı filmi təqdim olunacaq. 


Qara bağ / 2015 / Azərbaycan / 90 dəq. / Drama / Rəngli


Dram janrında lentə alınan “Qara bağ” filmi “40-ci paraleldə” kinoalmanaxına daxildir. “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir. Çəkilişlər Bakıda və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.


Rollarda: Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri çəkiliblər.


Filmin ssenari müəllifi və quruluşçu rejissoru: Amil Məmiyev, quruluşçu operatoru: Rauf Qurbanəliyev, quruluşçu rəssamı: Əziz Məmmədov, bədii rəhbəri: Cəmil Quliyev, icraçı prodüseri: Arif Səfərov, prodüseri: Müşfiq Hətəmovdur. 


Film Azərbaycan dilində nümayiş olunacaq.


Tarix: 23 avqust, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir