Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: SAMİR KƏRİMOĞLU NİYYƏT FİLMİNİN NÜMAYİŞİ

06 Dek 16

YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 6 dekabr 2016-cı il tarixində rejissor Samir Kərimovun “Niyyət” adlı qısametrajlı filmini təqdim edirik.


Niyyət / 2009 / Azərbaycan, Səudiyyə Ərəbistanı / 15 dəq. / Drama / Rəngli


2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Niyyət” adlı filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir.

Filmin qəhrəmanlarından biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə əyləncələrdən imtina edərək xoş bir niyyətlə yaşayır. Birinci qəhrəman – “Canik” (Fuad Axundov), şorgöz və fırıldaqçı; bir vaxtlar böyük biri mirasa sahib olan insan, həyatının bir anında öz  qeyri-ciddi xasiyyətinə görə hər şeydən məhrum olur. İkinci personaj isə Arifdir (Rövşən Məmmədov), dindar və kasıb, eyni zamanda böyük ürək sahibi olan oyuncaq ustası. Bu iki gənc həyat yollarında toqquşur və sonda hər ikisi düzgün yolla addımlamağa başlayır...

“Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb. “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edilib. 

Filmin ssenari müəllifi, Yavər Rzayevdir, Bədii Rəhbəri - Rüstəm İbrahimbəyovdur.

Filmdə baş rollarda Fuad Axundov, Rövşən Məmmədli, Münəvvər Əliyeva, Nahidə Əliyeva və başqaları çəkiliblər.


Film Azərbaycan dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.


Tarix: 6 dekabr, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir