Avqust 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: KATERİNA SUVOROVANIN DƏNİZİM FİLMİ

08 Avq 17

YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 8 avqust 2017-ci il tarixində Qazaxıstan rejissoru Katerina Suvorovanın Dənizim filminin nümayişinə dəvət edir.


Dənizim / 2016 / Qazaxıstan / 88 dəq / drama / rəngli


Dənizim filmi Aral dənizi sahillərində yaşayan sakinlərin – tək başına şoran torpaqlarda bağ-bostan yetişdirən qocaman Cukenin; şəhər portunun bio mühitinin tədqiqini davam edən gənc qadın hidrobioloqun; sahil boyu səpələnmiş gəmi qalıqlarını toplayan şən dəmiryığanlar briqadasının və dənizin 10 kilometr yaşadığı kənddən aralanan, nəslən balıqçı olan gənc oğlanın hekayələrindən qurulub.
Dəniz gedib, insanlar isə qalıblar... Bu film insanların özlərinə və gələcək nəsillərə yeni həyatın qurulması haqqındadır, postapokaliptik dünyaya aparan kinosəyahətdir.


Filmin beynəlxalq premyerası 6 avqust 2016-cı il tarixində Lokarno Film Festivalında (İsveçrə) baş tutub.


Film qazax və rus dillərində (ingilis dili subtitrləri ilə) nümayiş olunacaq.


Tarix: 8 avqust, 2017

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir