May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI: NİYAZ NƏCƏFOV, RƏSSAM İLƏ GÖRÜŞ

12 Sen 18

YAY Qalereyası Sizi Azərbaycan rəssamı Niyaz Nəcəfov ilə görüşə dəvət edir.


Niyaz Nəcəfov (d.1968) – Azərbaycanın müasir incəsənət səhnəsinin qabaqcıl nümayəndələrindən biridir.

Peşəkar idmançı olan Niyaz Nəcəfov, öz-özünə öyrənən rəssamlardan ilhamlanaraq, yağlı boya ilə eksperimentlər apardı və öz rəssamlıq karyerasına 2003-cü ildə başladı.

Erkən əsərlərində, rəssam öz əvvəlki təcrübəsinə əsaslanaraq, cəmiyyət və fərdlərin ziddiyyətlərini vurğulayıb. Bu təcrübə, daxildə olan gizli qorxu və istəklərdən bəhs edir. O, satirik yanaşma və hekayə üsulu ilə təəssüratlarını üzə çıxarır və onun əsərləri, həmişə oxunaqlı hekayə xəttini göstərir. Rəssamın yaradıcı üslubu əsasən qaranlıq palitradan istifadə edərək, ifadəli və emosionaldır.


Hal-hazırda sənətkarın əsərləri YAY Qalereyasında nümayiş olunan “Cismani peyzajlar” qrup sərgisinin bir hissəsidir. 


Tədbirin moderatoru:  kurator Samira Sefi


Tarix: 12 sentyabr, 2018
Saat: 19:00
Məkan: YAY Qalereyası, Kiçik Qala küç., 5

Yüklənir