Aprel 2024

FAİQ AĞAYEV İLƏ GÖRÜŞ: İNKAR. ETİRAZ. İNKİŞAF

29 İyn 17

YARAT Müasir İncəsənət Məkanı Sizi Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev ilə görüşə dəvət edir.


Tədbirin İnkar. Etiraz. İnkişaf adlı mövzusu qonaq tərəfindən müəyyənləşdirilib.

Pərəstişkarlar arasında Cənab Qızıl Şlyager adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 140-dan artıq solo konsert verib. 2007-ci il 9-13 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə müğənni Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur. O, 2013-cü və 2015-ci illərdə Beynəlxalq Eurovision mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

Tarix: 29 iyun, 2017

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanının yaxınlığı

Giriş sərbəstdir

FACEBOOK

 

Yüklənir