Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: LEYLA BEGIM

22 İyl 16

Əziz dostlar,

Cümə günü bizim qonağımız şairə və dramaturq Leyla Begim olacaqdır. Hər kəsi YARAT Müasir İncəsənət Mərkəzinin birinci mərtəbəsində keçirilən tədbirə qoşulmağa dəvət edirik.

Hal-hazırda Çexiyada yaşayan Leyla Begim Bakıda anadan olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının və Çexiya Rusdilli Yazıçılar İttifaqının üzvüdür. O, Rusiyada və Praqada nəşr olunmuş dörd şeirlər toplusunun müəllifidir. Leylanın rus dilində yazdıqları şeirləri Rusiya və Bakının müxtəlif qəzet, almanax və bədii nəşrlərində dərc edilmişdir. Müəllifin sonetləri Milana Dvorjak tərəfindən çex dilinə tərcümə edilərək “Tvař” bədii qəzetində nəşr edilmişdir. Həmçinin Leyla israilli ssenarist və rejissor Efim Abramovla birlikdə 4 pyes yazmışdır.

“Sevgi üçün iki nanə yarpağı” pyesi Milana Dvorjak tərəfindən çex dilinə tərcümə edilmişdir. Hal-hazırda isə Bakının dövlət teatrlarından birində onun “Xəyal quran oğlanlar” pyesi əsasında tamaşa hazırlanır.

Leyla Almaniyada Azərbaycanın zərgərlik brendi olan “JAFAROV”-un təsisçisidir.


Tarix: 22 iyul, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir