Aprel 2024

RƏSSAM İLƏ TANIŞLIQ: İLKİN HÜSEYNOV

30 Mar 17

YARAT Müasir İncəsənət Məkanı Sizi 30 mart tarixində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində keçiriləcək foto-rəssam İlkin Hüseynovla görüşə dəvət edir.


Yaradıcılığında cəmiyyətimizin aktual sosial mövzularına toxunan fotoqraf və nəşriyyatçı İlkin Hüseynov, 2013-cü ilin noyabr ayında Veronika Fieras ilə birlikdə RIOT BOOKS nəşriyyat evini təsis etmişdir. Bu nişan altında o özünün “Mühit” adlı ilk kitabını dərc etdirmişdir. “Mühit” kitabı bir çox müsabiqələrdə iştirak edərək mükafatlara layiq görülüb, o cümlədən: London Photography, Invisible Photographer Asia, PowerHouse Books.“You haven’t seen Their Faces” ("Sən onların üzlərini görməmisən") adlı sonuncu kitab 2015-ci ildə Foto Kitab Mükafatının qalibi olmuşdur.  

İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” foto silsiləsi Open Society Foundations tərəfindən maliyyələşdirilmişdir və rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir.

İlkin Hüseynovun uzun müddətli keçid dövrünü yaşayan şəhəri və cəmiyyəti nümayiş etdirən "Müvəqqəti narahatçılığa görə üzr istəyirik" adlı foto əsərləri Rally In The Streets nəşriyyat evi tərəfindən dərc olunub.


Tarix: 30 mart 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 1-ci mərtəbə

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir