İyun 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

SAĞ OL, MƏKTƏB! UŞAQ FESTİVALI

10 İyn - 11 İyn 17

Sağ ol, məktəb! festivalı tədris ilinin yekunlaşması və yay tətilinin başlanğıcına həsr olunmuş tədbirdir. Tədbirin mövzusu YARAT mərkəzində yeni təqdim olunmuş – Qazaxıstan üzərində günəş və neonlar adlı sərgisi ilə bağlıdır.
Tədbirdə incəsənəti kəşf etmək məqsədi ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş mövcud sərginin interaktiv ekskursiyası, aktyorluq, heykəltəraşlıq, rəssamlıq və açıqca hazırlamaq üzrə ustad dərsləri baş tutacaq.


YARAT Mərkəzi 10 İyun (şənbə) və 11 İyun (bazar günü) bütün qonaqları gözləyəcək.
Festivalda keçirilən tədbirlər silsiləsi birinci gün 3 dəfə, ikinci gün 2 dəfə təkrarlanacaq. Festivalın hər günü əyləncə proqramı ilə yekunlaşacaq.

Tədbirlər silsiləsinin proqramı:
Yaxından bax ekskursiyası
• Teatr üzrə ustad dərsi
Babil qülləsi yaradıcılıq ustad dərsi
• Heykəltəraşlıq üzrə ustad dərsi
Gələcəyi təsvir et! rəssamlıq üzrə ustad dərsi
• Açıqcanın hazırlanması

Birinci gün:
1. 10:00 – 12:30
2. 13:00 – 15:30
3. 16:30 – 18:30
4. 19:00 - Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin çıxışı.

İkinci gün:
1. 10:00 – 12:30
2. 13:00 – 15:30
3. 17:00 – Trio tədris, incəsənət və idman mərkəzinin çıxışı
4. 19:00 – Gənc vokalçıların konserti (rəhbər Dmitri Babayev)

İştirak qaydaları:
• Giriş biletlərini ən azı 3 gün öncədən YARAT Mərkəzindən ödənişsiz olaraq götürə bilərsiniz
• Biletdə qeyd olunan saatdan ən azı 15 dəqiqə öncədən YARAT Mərkəzinə gəlmək
• Bileti olmayan şəxslər tədbirə daxil ola bilməyəcəklər

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanına yaxın

FACEBOOK

Yüklənir