Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: GENTLE OBJECTS Vol.2 LES GARDIENS DU SILENCE

30 Yan 17

YARAT Müasir İncəsənət Məkanı “Les Gardiens Du Silence” (“Sükutun mühafizəçiləri”) qrupunun ifasında "Gentle Objects" ("Nəfis Obyektlər") adlı canlı musiqi axşamını təqdim edir.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq məqsədi ilə xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Nəfis obyektlər – gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə, qadının müasir cəmiyyətdə roluna ünvanlanır. Bu kurator layihəsi, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır. Sözügedən layihə gender münasibətləri haqqında fundamental sualları qaldırır, insan təbiəti haqqında fəlsəfi ehtimalları təhlil edir və daha geniş bərabərliyi və qarşılıqlı anlaşmanı bir araya gətirən yeni sosial təcrübələrin mümkünlüyünü nəzərdən keçirir.

Gender bərabərliyi məsələsi bir sıra qadın ifaçılar tərəfindən qabardılır və dəstəklənir.


Bu dəfəki tədbir qadının müasir cəmiyyətdə rolunu və qadının daim ikinci planda qalmağı məsələsini diqqətə çatdırır. Qrupun vokalçı ifaçısı musiqiçilər çevrəsində yox, ayrıca çıxış edəcək. Beləliklə o, ictimaiyyət modeli ilə qadının o modeldə statusunu müqayisə edir.

Musiqiçilər hüdudsuz duyğu ab-havası yaradaraq Sizi akustik embientin sirli dünyasına aparacaqlar. “Oxuyan” alətlərin saflaşdırıcı vibrasiyaları və hipnotik baraban ritmi sizləri biganə qoymayacaq!

 


Layihənin kuratoru – Lana Sokolova


Les Gardiens Du Silence (Guardians Of Silence)

Vokal və fizqarmon – Kitaru Lina Oçimara

Qanun – Səda Həsənova

Hapi (zərb) və reynstik – Aydan (Villi)

Akustik qitara – Vyaçeslav Lizunov

Weedy grooves – Ramirez

Qaval – Dinara

Dəmir qopuz – Elmar Hüseynov


Tarix: 30 yanvar, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir