May 2024

TİMO NASSERİN (ALMANİYA) USTAD DƏRSLƏRİ

18 May - 06 İyn 14

Dövlətlərarası mədəniyyət proqramlarının həyata keçirilməsi çərçivəsində “YARAT” Müasir İncəsənət Məkanı 18 may - 6 iyun 2014-cü il müddətində Berlin rəssamı Timo Nasserinin Bakıya səfərini təşkil edəcək. Mədəniyyət proqramına bir sıra qısamüddətli seminar və mühazirələr daxil olacaq və bu barədə məlumat tezliklə bizim veb səhifəmizdə yerləşdiriləcək.

 

Yaratdığı əsərlərdə Timo Nasseri müxtəlif mədəniyyətlər arasında oxşar cəhətləri araşdırır, habelə Qərblə İslam dünyasının mədəni irsini birləşdirməyə səy göstərir. Rəssamı ilhamlandıran ünsürlər sırasında yaddaş, dini istinadlar, Kainat, sonsuzluq, riyazi ifadə üsulları, məkan və həcm kateqoriyaları, naxış, linqvistik ifadə, eklektizm və ekzotika, konstruktivizm, elmi İdrakın ümümi prinsipləri, forma və ahəngin daxili həqiqəti kimi aspektləri qeyd etmək olar. 

 

Timo Nasseri 1972-ci ildə Berlin şəhərində atası iranlı anası alman olan ailədə dünyaya göz açıb. O, sənətkar fəaliyyətinə fotoqraf kimi başlamışdır və 2004-cü ildən ehtibarən heykəltəraşlıq sahəsi ilə məşğul olmağa başladı. Atası ilə birlikdə İrana səfər etdiyindən sonra Timo həndəsi formalarla İslam memarlığı arasında mövcud olan əlaqələri araşdırmağa başladı.

 

İslam ilə Qərb mədəni irsini birləşdirən əsərlərin yaradılması prosesində ilham mənbəyi həm  məxsusi yaddaş və dini istinadlar, riyazi və linqvistik ifadə üslubu ilə təsvir olunan ümumi arxetiplər, həmcinin daxili həqqiqətin forma və ritm rolunu oynayır. 

 

Bugünədək cənab Nasseri aşağıda qeyd olunan fərdi sərgiləri keçirilib:

“MAHİYYƏT”, Şleyxer və Lange Sərgi Salonu, Berlin (2013); “Ey Zəmanə, Ey Sənin Ehramların”, Şfeyr-Zemler Sərgi Salonu, Hamburq (2012); “Nasseri/Enqlund”, Şleyxer və Lange Sərgi Salonu, Paris (2010); “Qəzəl”, Şfeyr-Zemler Sərgi Salonu, Hamburq (2009); “Altıdan biri”, Kunstverein Arnsberq Sərgi Salonu (2009); “Epistrofiya” (2008) və “Göydən Düşən Ulduzlar” (2006)-hər ikisi Parisdə yerləşən Şleyxer və Lange Sərgi Salonunda və “Op-Felder”, “ABEL Raum” Yeni İncəsənət Sərgi Salonu, Berlin (2002).

 

Kollektiv sərgilərə gəldikdə isə, Timo Nasserinin iştirak etdiyi tədbirlərin siyahısı aşağıdakı kimidir:

 

“DİNAMO”, İndiki Zəmanədən 1913-cü ilədək İncəsənətdə Məkan və Öngörü, Qran-Pale, Paris (2013); “Felbah Klaineplastik Triennale”, Felbah (2013); “Heykəl hər şey deməkdir”, Kvinslend Sərgi Salonu, Aktual İncəsənət Sərgi Salonu, Brisben (2012); “ÇKOUN ANNA - Tarixin yolları ilə”, Karfagen Milli Muzeyi, Tunis (2012); “Əbədiyaşar Naxış”, Mikro Ond Sərgi Salonu, Ond İncəsənət Mərkəzi, Velizi-Vilakuble, Paris (2012); “DEKALAJ-Kris Korniş, Timo Nasseri, Evaris Rişe”, Şleyxer və Lange Sərgi Salonu, Paris (2012); “Başqa Sözlə. Tərcümələrin Qara Bazarı- Müasir Mədəniyyətlərin Dialoqu”, NGBK Sərgi Salonu, Berlin (2012); “Heyrətlənmə”, Dixtorhallen Sərgi Salonu, Hamburq (2011); “Taafe-Ştreuli-Nasseri”, Şfeyr-Zemler Sərgi Salonu, Beyrut (2010); “Floklor?”, “CRAC Alsace” Sərgi Salonu (2010); “Təsvir-İslamla Müasirliyin Piktoqrafik Xəritələrin Çəkilməsi”, Martin Qropius Bau Sərgi Salonu, Berlin (2009); “Məşq: təkrar etmə, meditasiya”, “Yaşıl Hil” Sərgi Salonu, London (2009); “AVRASİYA” Aktual və Müasir İncəsənət Muzeyi, Trento (2008); “Simurq Quşu Babilistana qarşı” “Espas Pol Rişar” Sərgi Salonu, Paris (2008); “ƏKS-SƏDA”, Şfeyr-Zemler Sərgi Salonu, Beyrut (2008). Cənab Nasseri 2011-ci ilin ABRAAJ CAPİTAL ART PRİZE müsabiqənin qalibi olub və 2006-ci ildə Saar Ferngas Förderpreis Junge Kunst mükafatı ilə təltif olunub. 

Yüklənir