Aprel 2024

ÖN SÖZ

06 Sen - 06 Okt 11

"Ön söz" sərgisi YARAT müasir incəsənət məkanı təşkilatının ilk ekspozisiya layihəsi və eyni zamanda, onun yeni, fəaliyyətdə olan mədəni institusiya kimi təqdimatıdır. Sərgidə müasir incəsənətin ənənəvi növ və janrları ilə yanaşı, installyasiyalar, perfomans və videoart təmsil olunmuşdur.
Sərginin iştirakçısı 27 rəssamdır. Bu sərginin məqsədlərindən biri tamaşaçılarla müasir incəsənətin artıq məşhur nümayəndələri ilə yanaşı, yeni, gənc, ümidlər doğuran adları da tanış etməkdir.
Adından da göründüyü kimi, "Ön söz" ekspozisiyasıında söhbət incəsənətin dövrümüzün önəmli və canlı problemlərinə toxunan ən aktual, ön, eksperimental sıralarından gedir. Ekspozisiyanın məqsədlərindən biri ictimaiyyətin diqqətini müasir incəsənətin özünəməxsus art-analitika, yəni günümüzün ən aktual meylləri və problemlərini konseptual bədii modellər vasitəsilə üzə çıxaran və təhlil edən sahə qismində önəmli roluna cəlb etməkdir.
Bütövlükdə, belə sərgilər zəruri peşəkar mühitin və yaradıcılıq məkanının yaradılmasına kömək edəcəkdir.
 

 

Yüklənir