Aprel 2024

012 Baku Public Art Festival

25 Fev - 01 Sen 12

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan YARAT qeyri-kommersiya təşkilatı birinci "012 Bakı Public Art" Festivalının açılışını sevinc hissi ilə elan edir. Bu Festival Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və qədim şəhərin ictimai yerlərində yerləşdirilən bir sıra müasir incəsənət əsərlərini toplayacaqdır.

"012 Bakı Public Art" Festivalında 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirəcəklər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin - binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrənmişlər.

Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunacaqdır. Açılış mərasimi "ÜNS Yaradıcılıq Səhnəsi"-ndə keçiriləcək və burada bütün eksponatlar 2012-ci il fevralın 25-dən martın 1-ə qədər tamaşaçıların seyrinə veriləcəkdir. 

2012-ci il martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) layihə 21 həftə müddətində davam edəcəkdir. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdiyi ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaqdir. 

Bu sərgidəki işlər rəssamların təkcə spesifik mühitin vizual interpretasiyasını deyil, həmçinin 21- yaşdan 69 yaşa qədər olan nəslin nümayəndələrinin fikirlərini, sosial, sosioloji və mədəni dəyişiklikləri əks etdirir.

Aşağıda qeyid olunan iştirakçıların işləri sərgidə nümaiş olunacaq: Altay Sadıxzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı


 

Yüklənir