May 2024

GRİD 2012 BEYNƏLXAQ FOTOŞƏKIL BIENNALESINDƏ AZƏRBAYCANIN ILK IŞTIRAKI

16 May - 01 İyl 12

Hollandiyada keçiriləcək GRİD 2012 Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunacaq. Yeni meydana çıxmış fotoqraf İlkin Hüseynov Azərbaycanda müasir incəsənətin inkişafı üzərində çalışan YARAT qeyri-kommersiya təşkilatının dəstəyi ilə yuxarıda qeyd olunan tədbirdə çəkdiyi sənədli şəkillərin yeni silsiləni təqdim edəcək. Işlərin kurasiyasını 2011-ci ildə 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun həmkoordinatoru olan Suad Qarayeva yerinə yetirəcək.

 

Hüseynovun şəkillərində Azərbaycanın paytaxtı Bakı şəhərinin ətrafında yerləşən qəsəbədə təşkil olunmuş toy mərasimində çəkilən kadrlar əks olunmuşdur. Xəzər dənizinin sahillərində yerləşən Nardaran qəsəbəsi yerli mədəniyyətin və icma ənənələrinin mühafizəsiylə tanınır. Əsrlərboyu formalaşan ənənələr, məsələn kişilər və qadınlar üçün ayrıca təşkil olunan toy mərasimləri indiyədək qorunur və bu, sürətlə avropalılaşan və müasirləşən qonşu kəndlərin əhalisindən nardaranlıları fərqləndirən cəhətdir. Odur ki, Hüseynovun işlərində artıq köhnəlmiş, lakin hər şeyə rəğmən inadla qorunan şəhər reallıqlara özünəməxsus baxış təqdim olunur.

 

GRİD 2012 tədbirində İlkin Hüseynovun Nardaran kişi toy mərasimində çəkdiyi iyirmi şəkildən on biri nümayiş olunacaq. Ənənəvi xeyir-şər mərasimləri sırf bu məqsədlə qurulmuş çadırlarda təşkil olunur; bu çadırlarlar yalnız yas və toy mərasimlərinin keçirilməsi üçün istifadə edilir. Bəşər evladının həyatında baş verən iki əsas hadisənin çadırlar vasitəsilə müəyyən mənada qovuşması çox zaman məşğul və kosmopolit şəhər həyat tərzinin kölgəsində qalan fərdi və sosial ünsiyyət təməllərinə qayıdış prosesini canlandırır.

 

Haydeqqerin “yaşamaq məskunlaşmaq deməkdir” konsepsiyasına istinad edərək, kurator Suad Qarayeva qeyd etdi ki: “Biz çadırın təməl məskunlaşma vahidi kimi vacibliyini vurğulamaq məqsədilə işləri məhz şəkillərin çəkildiyi çadırda nümayiş etdirmək qərarına gəldik”. Müasir şəhərin mühitinə daban-dabana zidd olan Hüseynovun instalyasiyası şəhər həyatının fərqli aspektləri üzərində dərindən düşünmək üçün imkan yaradır.“

 

Əlavə məlumat əldə etmək məqsədilə, lütfən Paget PR nümayəndəsi Uil Pecetlə will@pagetpr.com elektron ünvanına yazmaqla və ya 020 7323 6963 nömrəli telefona zəng vurmaqla əlaqə saxlayın.

 

Naşirlər üçün Qeydlər:

 

YARAT

Təməli 2011-ci ildə Aidə Mahmudova tərəfindən qoyulan YARAT qeyri-kommersiya özəl təşkilatı Azərbaycan müasir incəsənətini milli və qlobal səviyyədə dəstəklənməsi və təbliği ilə məşğuldur. 2011-ci ilin oktyabr ayında YARAT təşkilatının “Ön söz” adı altında ilk sərgisi təşkil olunmuşdur və yalnızi bir ay ərzində sərgiyə 20000 nəfərdən artıq adam təşrif buyurmuşdur. Bu layihənin uğurunu davam etdirərək, YARAT 2012- ci ilin fevral ayında 012 Bakı İncəsənət Festivalını keçirtmişdir. YARAT təşkilatının əsas məqsədi Azərbaycanda və ölkədən kənarda qeyri-kommersiya incəsənət təsisatları ilə dialoqun qurulması və təcrübə mübadiləsinin aparımasıdır. YARAT Təşkilatı həmçinin incəsənətlə bağlı təhsil təşəbbüslərinin və beynəlxalq proqramların dəstəklənməsi məqsədinin güdür.

 

Ilkin Hüseynov

İlkin Hüseynov Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan bir çox mükafatla təltif edilmiş fotojurnalistdir. O, Azərbaycan və qonşu ölkələrdə sosial dəyişikliklər yaratmağa çalışan təşkilatlarla işləyərək son üç ildə sənədli fotoqraf kimi məşhurlaşıb. Öz işləri vasitəsilə müvafiq tarixçələr nəql etməklə, o, cəmiyyətin etinasız yanaşdığı məsələləri qabartmağa çalışır. 2011-ci ildə o, “Doğma Şəhər” layihəsinə görə Magnum Təsisatının Ehtiyat Fondu tərəfindən təltif olunmuşdur. Hüseynovun işləri Associated Press, InvisiblePhotographer, AFP, Reuters, Yahoo, CNN International, Globaljournalist və Media Paran agentlikləri tərəfindən işıqlandırılmışdır və çap olunmuşdur. Hüseynov Manuel Rivera-Ortiz Fondunun təşkil etdiyi Winephoto müsabiqənin finalçısı idi və PowerHouse keçirdiyi Kitablar müsabiqəsində ikinci yer tutmuşdur. Bu yaxınlarda o, Roberto Villagraz Təqaüd Proqramının qalibi və World Press Joop Swart Masterclass tədbirlərinin iştirakçısı elan olunmuşdur. O, həmçinin London Fotoşəkil Festivalının finalçısıdır.

 

Suad Qarayeva

Suad Qarayeva Londonda yaşıyan kuratordur. Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirdikdən sonra, Suad Qarayeva aparıcı investisiya banklarında maliyyə vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olmuşdur. Suad Garayeva Mərkəzi Sent-Martin Kollecinində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm basdı. Hazırda o, Sotbisdə layihə meneceri vəzifəsində işləyir.

 

Bu layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə həyata keçirilir.


Yüklənir