May 2024

PAT VƏZIYYƏTI

12 İyl - 12 Avq 12

ll gənclər incəsənətinin Moskva beynəlxalq biennalesi çərçivəsində YARAT Müasir İncəsənət məkanı kurator layihəsini təqdim edir 

«PAT vəziyyət»

12 iyul - 12 avqust, 2012

 

Müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar demək olar ki, cinslər arasında olan münasibətlərə aydınlıq gətirmədi, əksinə hər şey daha da mürəkkəbləşdi. Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada posmodernizimdən təyin olunmayan “X” zamanına keçid baş verir. Bu zəmanə özündə müxtəlif sistemləri birləşdirəcək: ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur, hansı ki, bununla nəinki gender problemini radikallaşdırır, həm də yaradıcılıq üçün maraqlı materiallar verir. Misal üçün, Azərbaycandan gənc rəssamlar - əfqan rəssamı hansı ki, Azərbaycanda yaşayır və 3 nəfər azərbaycanlı xanım rəssam. Əfqan rəssamı Reza elə bir ölkədəndir ki, orada şəriət qanunları höküm sürür. Rezanın yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam arxi-ənənəvi  vasitələrdən istifadə edir, karandaş və kağız. Onun qəlbində şərq qərblə, cənub şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o islam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəlmiş və məcburdur ki, uyğunlaşsın. Qızlar doğulduqları gündən daha dünyəvi bir məkanda yaşayırlar. Həm də onların öz yaradıcılıq ideyalarının reallaşdırmaları üçün vasitə seçimi də çox genişdir – bu həm heykəltəraşlıq instalyasiyaları, həm video… İki növ dünya görüşünün və iki ayrı cinsin toqquşması maraqlı nəticə vəd edir, hansının görünüşü tamaşaçı üçün orijinal və aktual olacaqdır. Müasirlik şüalarını sındıran barışmaz, sərt və çox ənənəvi kişi optikası, yoxsa qadınların problemə yanaşma tərzi, hansı ki, kişi dominantlığını yuyub aparır? 

 

Məkan – Моskva, “МАР`C” Müasir İncəsənət Mərkəzi. Saat 19:00

Puşkaryov döngısi, ev5, Suxarevskaya, Trubnaya, Svetnoy Bulvar metro stansiyalarından     

www.marsgallery.ru


Yüklənir