May 2024

ŞAH ƏSƏRLƏR BAKIDA. CHRİSTİE’S XƏZƏRDƏ

15 Sen - 16 Sen 12

ŞAH ƏSƏRLƏR BAKIDA. CHRİSTİE’S XƏZƏRDƏ

15-16 sentyabr 2012-ci il

“The Four Seasons Hotel”, Bakı

 

Pablo Picasso, Femme au chien  1962, yağlı boya kətan üzərində ,146 x 114 cm

 

15-16 sentyabr 2012-ci il tarixində Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Məkanı Bakıda yenicə istifadəyə verilmiş “The Four Seasons Hotel”in möhtəşəm salonunda dünyanın aparıcı hərrac evi “Christie’s”in Azərbaycandakı ilk sərgisini təşkil edəcək.

 

Sərgi, həm ölkə daxilində, həm də xaricdə mədəniyyət, təhsil, elm, sosial sahələrdə çoxlu sayda inkişaf proqramları və layihələri uğurla həyata keçirmiş, Azərbaycanın ən böyükqeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun təşkilati dəstəyi sayəsində mümkün olmuşdur. Fond milli və mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliği və ölkənin dünya miqyasında beynəlxalq imicini təbliğ etməyə xüsusi diqqət yetirir.

 

Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan ”Christie’s” qeyri-adi incəsənət, ehtiras, misilsiz xidmət və təcrübənin canlandığı ad və yerdir. 1766-ci ildə James Christie tərəfindən əsası qoyulmuş“Christie’s” 18-ci əsrdən bəri ən böyük hərracları keçirmiş və hal-hazırda  32 ölkədə 53 ofisi və illik 450 satışın keçirildiyi 10 satış salonu vardır.

 

2011-ci ildə təsis edilmiş “YARAT!” təşkilatı müasir Azərbaycan incəsənətinin ölkə və dünya səviyyəsində təmsil etmək məqsədi daşıyan  qeyri-kommersiya təşkilatıdır. Təşkilatın əsas məqsədi həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə dialoq və mubadilə aparmaqdır. O, həmçinin  təhsil təşəbbüsləri, eləcə də beynəlxalq incəsənət mükafatları təsis etmək məqsədi naminə çalışır.

 

Sərgidə “Christie’s”in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş olan müxtəlif sənət əşyaları və eksponatlar nümayiş etdiriləcək. Həmin əsərlərə impressionist, İkinci Dünya müharibəsindən sonrakı və müasir rəssamlıq əsərləri, şərq xalçaları, eləcə də muasir Ərəb, İran və Türk sənət nümunələri daxildir. Sərgi ilə yanaşı “YARAT!” müzakirələr, nahar ziyafətləri, “YARAT!” Müasir İncəsənət salonuna və Bakıdakı incəsənət studiyalarına ekskursiyalar da təşkil edir. “YARAT!”ın təsisçisi “Christie’s”in sədri Viscount Linley ilə birlikdə sərginin acılışına ev sahibliyi edəcək.

 

Viscount Linleyin şərhi: ”"Christie’s" Azərbaycanda ilk baxış sərgisini keçirməklə bağlı ona edilmiş müraciətdən məmnundur və bu tədbirə görə verdikləri dəstək üçün“Yarat!” təşkilatına və Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk! Müasir incəsənət sərgisi Azərbaycanda incəsənətə verilən böyük qiymətdir.  Biz sentyabrda Bakıda beynəlxalqincəsənət sərgisini təşkil etməkdən və gələn il “Christie’s”in Londonda keçiriləcək beynəlxalq sərgisində müasir Azərbaycan incəsənət əsərlərini nümayiş etdirməkdən məmnunluq hissi duyuruq.” 
 

Bakı sərgisindən sonra 2013-cü ildə “Christie’s”in Londondakı sərgi salonunda müasir Azərbaycan incəsənət əsərləri nümayiş etdiriləcək. Sərgidə tanınmış rəssamların, eləcə də “YARAT!” təşkilatının aşkara çıxardığı incəsənət əsərləri nümayiş olunacaq. Bu, Azərbaycan rəssamlarının dünya miqyasında, digər rəssamlarla dialoq yaratmasına köməklik göstərmək məqsədi  ilə xanım Mahmudovanın davam etdirdiyi işlərin bir hissəsidir.  

 

“YARAT!” təşkilatının təsisçisi Aida Mahmudovanın şərhi: “Sərgi Heydər Əliyev fondunun dəstəyi ilə baş tutdu. "Buna görə fondun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin fondun bütün işçilərinə öz dərin minnətdarlığımızı bildiririk."Biz bu tədbiri “Christie’s” ilə birlikdə təşkil etdiyimizə görə qürur duyuruq. Mənim fikrimcə, bu tədbir Azərbaycanınbeynəlxalq incəsənət bazarında təmsil olunması baxımından mühüm səhifə açır.  Azərbaycan xalqı zəngin mədəni irsə, həmçinin incəsənət əsərlərinə malikdir və biz bu reallığı təbliğ etmək niyyətindəyik. Buna görə sözü gedən tədbirin təşkilində səy və köməkliyiniəsirgəməyən “Christie’s” şirkətinə olduqca minnətdarıq.“YARAT!” təşkilatının təsisçisi kimi,bizim muasir incəsənət xadimləri ilə dünya incəsənət xadimləri arasında dialoqa töhfə verəcək mümkün qədər çox mədəniyyətlər arası əlaqələr qurmaq vacibdir."


 

Yüklənir