May 2024

COMMONIST

22 Sen - 22 Okt 12

YARAT yeni layihəsini təqdim etmişdir.

 

Yeni və sürətlə inkişaf edən təzahür kimi multikulturalizm aşkar həyəcan və aqressiv qəbuledilməzlikdən cəsarətsiz ümidə qədər olduqca ziddiyətli reaksiya doğurur. YARAT Müasir İncəsənət Məkanı sentyabrın 22-dən oktyabrın 22-dək multikulturalizm mövzusuna həsr edilmiş yeni "COMMONIST" layihəsini təqdim etmişdir.

 

Sərgi 19 rəssamı bir araya toplayıb və həyəcanverici mövzuya dair 19 olduqca müxtəlif baxışı təqdim edir. "COMMONIST" layihəsinin adı istənilən siyasi mənadan daha geniş olan universal fikrə müraciət edir. "COMMONIST" solçular və ya sağçıların fikirlərini bölüşən vətəndaş deyil, insanlığın birgə yaşayışının dəyişən qaydaları ilə barışmağa məcbur olan dünya vətəndaşıdır. O öz düşüncələrində ümumbəşəri dəyərlərinə əsaslanır.

 

Multikulturalizmin yüzlərlə təyinatı mövcuddur. Həmin təyinatların müəllifləri siyasətçi, sosioloq, filosof və yazıçılardır. YARAT Müasir İncəsənət Məkanı hər bir kəsə toxunan nəhəng və birmənalı olmayan fenomenin bədii izahını təqdim edir. Hər bir müəllif multikulturalizmə dair bəzən "+" və ya "-" işarəsi, əksər hallarda isə "?" işarəsiilə öz təyinatını təklif edib.

 

Sərgi Bakı şəhəri, Yusif Vəzir Çəmənzəmənli küçəsi, 132 ünvanında saat 19:00-da təşkil ediləcək.

 

Layihə iştirakçıları:

Afət Bağırova

Aida Mahmudova

Əli Həsənov

Cemma Səttar

Faiq Əhməd

Fəxriyyə Məmmədova

Fərid Rəsulov

İlkin Hüseynov

Leyla Əliyeva

Mahmud Rüstəmov

Məmməd Rəşidov

Niyaz Nəcəfov

Orxan Hüseynov

Pərviz Cəfərov

Rəşad Babayev

Tərlan Qorçu

Vüsal Rəhim

Sitarə İbrahimova

Isfar Sarabski  

 

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan YARAT qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur. Bakıda əsası qoyulmuş YARAT təşkilatının məqsəd və vəzifəsi həm yeni başlayan, həm də artıq formalaşmış rəssamlar üçün Azərbaycanda peşəkar yaradıcılıq platformasının yaradılmasıdır.


Yüklənir