May 2024

`LOVE ME, LOVE ME NOT`(`SEVİR, SEVMİR`) AZƏRBAYCAN VƏ QONŞU ÖLKƏLƏRİN MÜASİR İNCƏSƏNƏTİ. 55-CI VENES

01 İyn - 24 Noy 13

Love Me, Love Me Not - Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17  rəssamın bu yaxınlarda hazırladıqları işlər, Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisində təqdim ediləcəkdir. Bakıda yerləşən YARAT qeyri-kommersiya təşkilatı (kurator Dina Nassir-Xadivi) tərəfindən təşkil olunan sərgi, 2013-cü il iyun ayının 1-dən noyabr ayının 24-ə kimi, Tesa 111, Arsenal Nord ünvanında, Venesiya biennalesi - 55-ci Beynəlxalq Bədii İncəsənət sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaqdır.

 

Rəssamlar:

Faiq Əhməd (Azərbaycan)

Rəşad Ələkbərov (Azərbaycan)

Afruz Amiqi (İran)

Kutluq Ataman (Türkiyə)

Şoja Azari (İran)

Rəşad Babayev (Azərbaycan)

Mahmud Bahşi (İran)

Əli Banisadr (İran)

Əli Həsənov (Azərbaycan)

Orxan Hüseynov (Azərbaycan)

Sitarə İbrahimova (Azərbaycan)

Aida Mahmudova (Azərbaycan)

Taus Maxaçeva (Rusiya)

Fərhad Moşiri (İran)

Fərid Rəsulov (Azərbaycan)

Slavyanlar və Tatarlar («Avrasiya»)
İliko Zautoşvili (Gürcüstan)

 

«Hal-hazırda Azərbaycan və ona qonşu ölkələrə qarşı eyni dərəcədə maraq və  bu ölkələr haqqında səhv təsvvürlər vardır, - kurator Dina Nassir-Xaddivi bunu deyir. -Sərgilənən işlər hər millətin dinamikasına yaxından baxmağa, unudulmuş yaxud naməlum tarixin gizlin tərəflərini açmağa və bu ölkələrdə olan baxış tərzi və yaradıcılığı göstərməyə kömək edəcəkdir.»

 

Sərginin adı - Love Me, Love Me Not (Sevir, sevmir) - Azərbaycanın, ətrafındakı qonşu ölkələrlə olan dəyişkən münasibətləri, eyni zamanda rəssam və tamaşaçı arasında olan münasibətləri özündə əks etdirir. Eyni adı sərgiyə daxil olan məşhur "Slavs and Tatars" art-qrupunun işi də daşıyır.

 

Kataloq 
Kurator Dina Nassir-Xadivi və Fərah Rəhim İsmayılın redaksiyası altında və aşağıdakı mütəxəssislərin köməkliyi ilə:

Nada Raza, kurator köməkçisi, Teyt Modern qalereyası

Nikolas Kullinan, müasir təsviri incəsənət üzrə kurator,Metropoliten muzeyi

Neqar Əzimi, yazıçı və "Bidoun Projects" nəşrinin baş redaktoru

Monika Steynberq, elmlər namizədi, məzunlar Mərkəzi, Nyu-York şəhərinin Universiteti

Suad Qarayeva, yazıçı və kurator, Rusiya, Mərkəzi Asiya və Qafqazda müasir təsviri incəsənət üzrə ixtisaslaşmışdır

Slavs and Tatars (Slavyan və Tatarlar) - "Avrasiya" adlanan, yəni keçmiş Berlin divarının şərqindən Böyük Çin Səddinə qədər olan ərazi ilə bağlı suallar əsasında müzakirə və polemika  təşkil edən debat klubu. Kollektivin işləri müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır, harada əsas diqqət, çox vaxt unudulan kulturoloji  sual olan - slavyanların, qafqazlıların və Mərkəzi Asiyada yaşayanların bir-birinə qarşılıqlı təsirindən danışılır.

"Love Me, Love Me Not" sərgisinə prodüserlik edən YARAT müasir təsviri incəsənət təşkilatı, Azərbaycanda müasir təsviri  incəsənətin inkişafı ilə məşğul olur.

 

Məlumat və fotoşəkil üçün mətbuat nümayəndələri aşağıdakı əlaqə nömrələrinə, həmçinin internet  ünvanlarına müraciət edə bilərlər:

Anna Kusden (Anna Cusden) və ya Sofi Ferz (Sophie Furse), "Pelham Communications"
Tel.: +44 20 8969 3959

İnternet ünvanı: anna@pelhamcommunications.com və ya sophief@pelhamcommunications.com 

 

Qısa olaraq YARAT müasir incəsənət təşkilatı haqqında:

YARAT təşkilatı 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir, bu qeyri-kommersiya təşkilatı Azərbaycan müasir təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur, eyni zamanda Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır.

Baş ofisi Bakıda yerləşən YARAT təşkilatı öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsi ilə həyata keçirir. YARAT yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır. Açılan iqamətgahlar mədəniyyət dialoqunun və əməkdaşlığın yaranmasına əlavə imkanlar verir.

YARAT-ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, master-klasslar, həmçinin gənc rəssamlar üçün ARTIM adlı layihə daxildir. ARTIM qarşısına Azərbaycanın gənc nəslinin istedadlı, kreativ nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş olunması imkanını yaratmaq məqsədi qoymuşdur.

Yerli infrastruktur vasitəsi ilə incəsənətin inkişafı üçün YARAT tərəfindən əsası qoyulan YAY! Qalereyası kommersiya məqsədli sərgi meydanıdır. YAY! satışdan əldə edilən gəliri rəssam və YARAT təşkilatı arasında bölür, həmçinin də bir sıra Azərbaycan və xarici incəsənət xadimlərini dəstəkləyir. 

 

Kurator haqqında:

Dina Nasser-Xadivi müstəqil kurator və məsləhətçidir, hansı ki, əsas olaraq Yaxın və Orta Şərq, İran və Qafqazın bəzi regionlarında müasir incəsənət sahəsi üzrə ixtisaslaşmışdır. Dina əvvəllər "Kristi" hərracında 19-20-ci  əsrlər   incəsənət nümunələri üzrə mütəxəssis-şərqşünas kimi çalışmış, 2006-cı ildən Yaxın və Orta Şərqin, İranın müasir incəsənəti üzrə çalışmış, çoxsaylı məlumatlandırma təşəbbüsləri nəticəsində (2010-cu ilin payızında Nyu-Yorkun Solomon Quqqenxaym muzeyində, Hyuston Təsviri incəsənət muzeyində və Müasir İncəsənət Muzeyində təşkil olunmuş "İran moderninə və müasir təsviri incəsənət dünyasına giriş" adlı seminar) rəssamlar üçün beynəlxalq platforma yaratmışdır. Çalışdığı layihələrdə şəxsi kolleksiyalara kuratorluq və böyük təşkilatlara məsləhətçi xidmətini göstərdiyinə görə, o öz vaxtını Nyu-York, London, Cenevrə və Dubay şəhərləri arasında bölüşdürmüş olur.

Son zamanlar fəaliyyətinin Qafqaz regionu tərəfə yönəlməsi, Dinanın Azərbaycan xalqı və onun mədəniyyəti ilə mənəvi qohumluğu və vətəni olan İran ilə qonşuluğu, xüsusən də onun Bakı müasir incəsənətinin genişlənən səhnəsini təqdim edən rəssamlara qarşı marağının artmasından irəli gəlir .

 

Sponsorlar:

 

 

Azərbaycanda bir sıra tanınmış markalardan biri olan istehlak məhsulları şirkəti. 

 

Azərbaycan bazarında aparıcı şirə markası.
 

Yüklənir