Mart 2018

ORXAN MƏMMƏD, LAYIHƏ `VİP YERALTI KEÇİDİ`:

30 Apr - 02 May 13

BAKI DƏNİZKƏNARI BULVAR

KUKLA teatrı yaxınlığındakı yeraltı keçid

30 April - 14 May, 2013

 

Təqdimat günü 30 aprel, 2013

Saat 19:00

 

`VIP YERALTI KEÇİD`

İctimai installasiya

 

Aprel  ayının 30-da "YARAT" Müasir İncəsənət Məkanı, "Participate Public Art Festival"ın növbəti iştirakçısının işini tamaşaçılara çatdıracaqdır.

Yolu qırmızı xalça ilə bəzədilmiş keçid və əlavə digər daxili dekorativ elementlərin köməyi ilə dizayner və rəssam Orxan Məmməd şəhərin mərkəzində olan adi  yeraltı keçidi, özünəməxsus "V.İ.P." yeraltı keçidə çevirəcəkdir.  Bununla rəssam şəhər sakinlərinin diqqətini artıq adət halına çevrilmiş bir hala cəmləyir: bəzi piyadalar bilərəkdən keçidlərə fikir verməyib, yolu qadağan olmuş yerdən keçirlər və sürücülərlə bərabər özlərini də təhlükə altına atmış olurlar. Soyuq yeraltı keçid divarlarına piyadaların duya biləcəyi vizual cazibəni və vacibliyi əlavə edəcək. Sanki yeraltı keçiddən istifadə edəcək hər kəs özünü V.İ.P. qonaq saysın və meqopolisin həyatında oynadığı rolu başa düşsün; bu rəssamın istəyidir. Bakı şəhərində piyada və sürücülər üçün təhlükəyə çevrilən laqeydə münasibətə görə bir neçə yeraltı keçidi saxta VIP xalça və dekorativ qoruyucu çəpərlərlə bəzəyərək piyada keçidlərinin istifadəsini irəli çəkir.

 

Orxan Məmməd qrafik dizaynerdir. O, Milanda keçirilən "Felicity" dizayn müsabiqəsində və Ankarada keçirilən web və qrafika dizaynı müsabiqsində mükafata layiq görülüb.

 

"V.İ.P. keçid" layihəsi "Participate Public Art Festival" çərçivəsində təqdim olunan 4-cü işdir. Yadınıza salaq ki, Azərbaycandan, Rusiyadan, Gürcüstandan, Böyük Britaniyadan, Portuqaliyadan, Hollandiyadan olan 10 rəssam xüsusi olaraq festival üçün öz işlərini hazırlamışlar. Festival "Bank Respublikanın" dəstəyi ilə keçirilir.

 

Açılış həftənin ikinci günü aprel ayının 30-da saat 19.00-da olacaqdır

Açılış yeri: Kukla Teatrının qarşısındakı yeraltı keçid. 


 

Yüklənir