May 2024

AİDA MAHMUDOVA / ”DAXİLİ ƏMİN-AMANLIQ” / “THE BARBARIAN” QALEREYASI / SÜRİX / 9.06 - 13.07.2013:

09 İyn - 13 İyl 13

“The Barbarian” İncəsənət Qalereyası və təşkil olunacaq şounun kuratoru Xanım Sandra Nedvetskaia dərin iftixar hissi ilə gənc Azərbaycan rəssamı Aidə Mahmudovanın fərdi sərgisini təqdim edir. “Daxili Əmin-Amanlıq” adlı sərgidə, İsveçrədə ilk dəfə olaraq, gənc rəssam  öz şəxsi təcrübəsi və kimliyi ilə sıx bağlı olan Azərbaycan tarixindən ilhamlandırılmış, və xatirə ilə Vətən həsrəti haqqında rəssamın düşüncələrini əks etdirən, dərin təsir doğuran təsviri əsərlərini təqdim edəcək.

 

Yaratdığı əsərlərdə, Aidə Mahmudova “şiddətli həsrət”, əl-əlxüsus müəyyən məkanla bağlılıqdan daha çox, məkan xatirələri ilə bağlı “həsrət” kimi həyəcanlandırıcı mövzunun aspektlərini araşdırır. Rəssam, eyni zamanda, xatirələrin keçmişin qəlpələri ilə nə dərəcədə bağlı olduqları barədə dərindən düşünür.

 

Aidə Mahmudovanın yaratdığı əsərlər və topalar  tarixi fraqmentar və yarımçıq, habelə yalnız  fərdi hisslər və emosional reaksiya  vasitəsilə qavranılan xatirələr külliyatı şəklində təsvir edir. Əsas diqqəti daha geniş bir anlayış olan tarixi hekayətin fərdi perspektivinə yetirməklə, yaradılan kompozisiyalar tarixin qavranılması və yaddaşın peyda olması ilə bağlı xatirələri canlandırır. Aidə Mahmudovanın əsərlərində təsvir olunan vəziyyətlər əslində köklü surətdə dəyişikliklərə məruz qalan və insan yaddaşında canlandırılan səhnələr və məkan və durumla bağlı xatirələrdir. Öz əsərləri vasitəsilə gənc rəssam tamaşaçıları yada salma təcrübəsində iştirak etməyə dəvət edir.

 

Eksklüziv İlkin Təqdimat
7 iyun 2013 / 18.00-21.00 (giriş yalnız dəvətnamə ilə)

Sərginin Açılış Mərasimi:
8 iyun 2013 / 18.00-21.00

Sərginin Müddəti:
9 iyun -13 iyul 2013

 

 

Yüklənir