May 2024

SƏBİNƏ ŞİXLİNSKAYA `DÜNYANI QORUYAQ` LAYİHƏSİ / BAKI PUBLİC ART FESTİVAL 2013 :

30 İyl - 14 Avq 13

(( [if gte mso 9]><![endif]))

(( [if gte mso 9]>Normal0falsefalsefalseEN-USX-NONEX-NONE<![endif]))(( [if gte mso 9]><![endif]))(( [if gte mso 10]><![endif]))

SABINA ŞIXLİNSKAYA (Azərbaycan)

DÜNYANI QORUYAQ

Səyyar ətraf mühit layihəsi

 

YARAT Müasir İncəsənət Məkanı Participate Bakı Pablik Art - 2013 Festivalın çərçivəsində 30 iyul, 2013 tarixində, saat 17.00-da Bakı Beynəlxalq avtovağzal ərazisində Səbinə Şixlinskayanın `DÜNYANI QORUYAQ` səyyar ətraf mühit layihəsini təqdim edəcəkdir.

 

Səbina Şixlinskaya çox istifadə edilən avtobus dayanacaqlarınınyaxınlığında saxlanmış adı avtobusu plastik toplayan nəqliyyat vasitəsinə çevirərək ekoloji təfəkkürü artırmağa çalışır. Emil Məcnunov tərəfindən qrafiti ilə bəzədilmiş avtobus dayanacaq ətrafında müxtəlif məntəqələrə hərəkət etməklə izahedici vərəqələr yayacaq.

 

Səbinə Şıxlinskayanın yaratdığı `SAVE THE PLANET` əsəri qlobal problemlərə toxunur, çünki müasir meqapolislərdə yaranan tullantıların həcmi getdikcə artır, onların istifadə edilməsi məsələləri isə, hələ də gündəmdə olaraq qalır.

Aksiyanın keçirilmə məkanı kimi Bakı avtovağzalı seçilmişdir, çünki hər gün bu məkana yüzlərlə şəhər sakini gəlir və onların buraya gəlməsi külli miqdarda tullantı ilə nəticələnir. Qızmar yay aylarında şəhər sakinlərinin şəhərin ekologiyasına laqeyd yanaşması daha gözəçarpandır- avtovağzal binasının önündə yerləşən sahədə çoxlu su və qazlı içki butulkalarını, dondurma kağızlarını və digər “yay əlamətlərini” tapmaq olar..

İnsanların diqqətini ətraf mühit problemlərinə cəlb etməyə çalışan Səbinə Şıxlinskaya qeyri-adi yaradıcı eksperiment keçirmək qərarına gəlib. Onun əsəri öz naxışları ilə gözləri oxşayan avtobus və, eyni zamanda, plastik qabların yığılması üçün konteyner rolunu oynayan avadanlıqdır. Hər bir yoldan keçən insan konteynerə zibili atmaqla, doğma şəhərdə təmizliyin və səliqə-səhmanın qorunmasına “səs vermiş” olur. Həm xanım rəssam, həm də layihənin təşkilatçısı olan YARAT Müasir İncəsənət Məkanı plastik tullantıların optimal istifadə üsulunu tapmağa çalışırlar. Hazırda avtobus istifadə olunur və yaxın gələcəkdə Azərbaycanın bir neçə rayonuna səfər edəcək.

 

Səbina Şixlinskaya rənkgarlıq və videoart kimi müxtəlif növ mediada fəaliyyət göstərən Azərbaycanın tanınmış sənətçisidir. O, Dövlət Universitetində və V.Muxin adına S.Peterburg İncəsənət İnstitutunda təhsil alıb. 2006-ci ildə o “Əməkdar İncəsənət Xadimi” titulunu alıb və sərgilərinə 30-cu Avropa Şurası Sərgisi, Almaniya Tarıxı Muzeyi, Berlin (2012), Documenta 13, Tənqidi İncəsənət Pavillionu Ansamnlı, Kassel (2012), Measir İncəsənət Mərkəzi, Bakı (2011), Proun Gallery, Paris (2011), Rusiya İncəsənət Akademiyasının Dövlət Müasir İncəsənət Muzeyi, Moskva (2011), Milli İncəsənət, Mədəniyyət və Muzey Kompleksi, Kiyev (2011), 52-ci Venesiya Biennalesində Azərbaycanın rəsmi pavilion (2007) daxildir.


 

Yüklənir