May 2024

ART İN PRİNT / POL KOLDVİLİN VƏ USTAD DƏRSLƏRİN İŞTİRAKÇILARININ SƏRGİSİ

09 Noy - 14 Noy 13

YARAT Müasir İncəsənət Məkanı noyabrın 9-u saat 19:00-da məşhur Britaniya rəssamı və yazıçısı Pol Klodvelin (Paul Coldwell) və gənc Azərbaycan rəssamlarının birgə layihəsinin təqdimatına dəvət edir. Layihə noyabrın 5-dən 9-dək keçirilmiş qravüra sənəti üzrə 4 günlük master-klassın nəticəsidir. Master-klass YARAT! qeyri-kommersiya təşkilatının tədris proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilmişdir.

Layihədə Aysel Əzizova, Arzu Murvatova, Fəridə Rəcəbova, Günay Həsənova, Xədicəxanım Mövsümzadə, Mehriban Şəmsəddinskaya, Nərmin Hümbətova, Nərmin Mehdizadə, Təhminə Qasımlı, Vüsalə Ağarzayeva və Jalə Nəcəfova, Aytən Şirzadova, Aysel Əmirova və Çinarə Məcidova iştirak etmişdir.

Sərgi sahəsi klassik rəngkarlığın və müasir incəsənətin uğurlu simbiozunu təqdim edən "Natavan" qalereyası tərəfindən təmin edilib.

 

Sərginin açılışı 9 noyabr, 2013, saat 19:00-da baş tutacaq.

Sərgi 14 noyabr, 2013 tarixinədək davam edəcəkdir. 
Ünvan: NATAVAN Qalereyası, İçəri Şəhər, Asəf Zeynallı küçəsi, 6/8 

Giriş sərbəstdir.


Yüklənir