May 2024

`ЗАВОД` PROJECT PRESENT PHOTO SCREENING+DJ TIM & PG LARGE USED PROJECT

17 Noy 13

YARAT Müasir İncəsənət Məkanı Sizi ЗАВОД layihəsi çərçivəsində 17 noyabr, 2013 tarixində tədbirə dəvət edir.Bu tədbir ЗАВОД layihəsinin yekunlaşdırıcı tədbiri olacaqdır. 


PROQRAM:


18.00 – 
və Azərbaycan fotoqraflarının əsərlərindən ibarət slayd-şou: 
Hacı Akif, Hüseyn Hüseynzadə, Sənan Ələsgərov, Natalya Əbilova, Rəna Əfəndi, Emil Xəlilov, Təhmin Əli, Elmar Mustafazadə, Sitara İbrahimova, İlkin Hüseynov, Elturan Məmmədov, Arzu Mürvətova, Zaur Mirzəyev, Zamir Süleymanov, Mark Rafaelov, Fəxriyyə Məmmədova, Mirnaib Həsənoğlu

Dəstək: AFB (Azərbaycan Fotoqraflar Birliyi)
Kurator: Sitarə İbrahimova
Canlı musiqi: DJ Tim

 

19.00 –
PG large used project qrupunun konserti:
Qrup 2000-ci ildə rəssam və musiqiçi Əli Həsənov tərəfindən yaradılan musiqi layihəsidir. Keçən əsrin 90-cı illərin ortalarında Əli Həsənov Azərbaycanda rok-musiqisinin üçüncü gəlişinin rəmzi olan “Promoted Garlic” qrupun frontmeni kimi çıxış edirdi. Qrupun kollektivi 4 il birlikdə fəaliyyət göstərdi, sonra isə Əli Həsənov “Promoted Garlic” qrupun irsini təmsil edən rok musiqisinin təməllərini inkar edərək, özündə “embient”, intellektual-rəqs musiqisi, habelə müasir eksperimental klassik musiqi janrlarını birləşdirən, elektron eksperimental musiqisinə meyl edən janr yaratmışdır. “PG large used project” qrupunun tərkibi daima yenilənməkdədir. Yeni musiqiçilərlə əməkdaşlıq təcrübəsi sayəsində qrupun ifa etdiyi musiqi zənginləşir və daha da əsrarəngiz olur.


Giriş sərbəstdir.
Ünvan: Ələsgər Qaibov küç. 10 /BAKMİL metro stansiyasına yaxın/
Tel.: 012 5051414; 050 4903013


 

Yüklənir