May 2024

RƏŞAD ƏLƏKBƏROVUN "SÖZLƏR" FƏRDİ SƏRGİSİ

21 Fev - 20 Mar 14

Sözlər

Rəşad Ələkbərovun fərdi sərgisi

21.02 - 20.03.2014

 

21 fevral tarixində Bakı Müasir İncəsənət Muzeyində məşhur Azərbaycan rəssamı, insan təxəyyülünü öz ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi instalyasiyalar müəllifi Rəşad Ələkbərovun fərdi sərgisi öz işinə başlayacaq.   

 

2001-ci ildə Rəşad Ələkbərov dekorativ sənət sahəsi üzrə ixtisaslaşdığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. 2007-ci ildə Rəşad Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biyennalesində təmsil etmiş, 2013-cü ilin yazında isə onun “Lost in translation. This too shall pass” (Tərcümədə itmiş. Bu da keçəcək.) adlı əsəri Venesiya Biyennalesində YARAT Müasir İncəsənət Məkanının pavilyonunda (Geniş miqyaslı “Sev məni, sevmə məni” nümayişi çərçivəsində) nümayiş edilmişdir. 

Azərbaycan və onun xaricində rəssamın maraqlarını bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilən Bakının Yay qalereyası təmsil edir. 

 

Rəssamın sənət işləri daha öncə Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və BƏƏ-də nümayiş etdirilib. 

 

Sərgi  20 Mart, 2014 tarixinədək davam edəcəkdir.

 

Ünvan: Yusif Səfərov küç. 5 Bakı, AZ1025

Tel.: +994 124908404


Yüklənir