May 2024

GRID International Photography Festival 2014

21 May - 12 İyn 14

GRID Beynəlxalq Fotoqrafiya Biennalesi 2014

MAY 21 - İYUN 12

AMSTERDAM

Açılış: MAY 21 / 17.00 - 19.00

VONDEL CSVONDELPARK 3, 1071 AA  

2014-cü ildə keçiriləcək GRİD Beynəlxalq Fotoqrafiya Festivalının fəaliyyət istiqaməti sayılan Əyaləti Tikərkən adlı üç Azərbaycan rəssamının əsərləri nümayiş olunacaq sərgi bu ilin may ayının 21-də Amsterdam şəhərində açılacaq. Bu il Festivalın əsas mövzusu tikinti olacaq. Qeyd olunan sərgi çərçivəsində rəssamlar gündəlik həyatımızda antropogen məkanın oynadığı rolu və həmin məkanda yaşayan sakinlərin mənliyinə təsirini aşkar etməyə çalışacaq. 

GRİD iki ildə bir dəfə keçirilən və müasir vizual mədəniyyətinə həsr olunan beynəlxalq fotoşəkil festivalıdır. Festivalda beynəlxalq miqyasda tanınmış rəssamların və gənc istedadların yaratdığı müxtəlif əsərləri nümayiş olunacaq. Sərgilərdən başqa, sərgi salonları və yaradıcı sahələr tərəfindən əlavə festivaldankənar OFF GRİD Festival proqram tədbirləri təşkil olunacaq. Festival çərçivəsində əlavə təhsil incəsənət layihələrin, mühazirələrin, məşğələlərin və müsabiqələrin təşkili də nəzərdə tutulub. 

Artıq altıncı dəfə keçiriləcək GRİD Festivalında beynəlxalq yaradıcı səhnəni təmsil edən rəssamlar, o cümlədən müxtəlif incəsənət üslublarında işləyən üç Azərbaycan nümayəndəsi- Zamir Süleymanov, Emin Əzizbəyli və Nəzrin Məmmədova-iştirak edəcək. Azərbaycanda müasir incəsənətin inkişafı və yayılması, habelə ölkədə və xaricdə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğul olan YARAT qeyri-kommersiya təşkilatı tərəfindən sifariş olunan bu sərginin kuratoru vəzifəsində Suad Qarayeva çalışacaq. Bakı şəhərində yerləşən və Azərbaycan dilində adı ƏRSƏYƏ GƏTİR mənasını kəsb edən YARAT təşkilatı nizamnamə məqsədlərinə sərgilər, təhsil tədbirləri və festivallar vasitəsilə çatmağa çalışır. YARAT təşkilatı yerli və xarici rəssamlar, o cümlədən fondlar, sərgi salonları və muzeylər kimi incəsənət təsisatları arasında dialoqun qurulması və təcrübə mübadiləsinin təşkil olunması sahəsində fəaliyyət göstərir. 

2012-ci ildə Zamir Süleymanov və Emin Əzizbəyli tərəfindən çəkilən Astar qısametrajlı filmində Bakı şəhərinin ətrafında yaşayan gənc oğlanın hekayəsi nəql olunur. Sonu bəlli olmayan filmdə rejissorlar baş qəhrəmanın ictimai və şəxsi həyatda etdiyi yeknəsəq hərəkətlərdən və fəaliyyətdən bəhs edirlər. Gerçəkliyin təxəyyülə qarışdığı filmdə nəinki baş qəhrəmanın yaşadığı məhəllədə mövcud olan, həmçinin xəyalında yaradılan antropogen landşaft üzrə irəlilədikcə Arzuman adlı baş qəhrəmanın obrazı formalaşır. Baş qəhrəman adının açıqlaması “xəyalpərəst şəxs” mənasını kəsb edən (“arzu”-istək, dilək; “man”-insan) filmdə paytaxt şəhərin ətrafında olan həyatdan, sahibkarlıqdan, sevgidən və gerçəkliyin özündən söhbət açılır. 

Nəzrin Məmmədovanın ərsəyə gətirdiyi silsilə işlərdə, müəllifin Azərbaycan bölgələrinə etdiyi səfər zamanı çəkdirdiyi evlərin dam örtüklərinin şəK*lləri öz əksini tapır. 2014-cü ildə yaradılan “Şirvan” silsilə şəK*llərində rəqəmsal vasitələrlə düzəldilən və çoxaldılan dam örtüklərinin surətləri mövcud olduğu kontekstdən qopardılarkən müstəqil işarələr qismində təqdim olunur. Həm binanın örtülməsi, həm də bəzədilməsi məqsədilə adətən istifadə olunan polad damlar yerli müasir incəsənətinin simvollarını, habelə mənsub olduğu özünəməxsus yaşayış binalarının birmənalı həmahəngliyini təşkil edir. Beləliklə, Məmmədovanın ərsəyə gətirdiyi əsərlər “tikinti bumun” əmələ gətirdiyi eyniliyi, qədim sənətkarlıq ənənələrini və ucuz tikinti materiallarını birləşdirən əyalət sakinlərinin və onların məxsusi ifadə tərzinin rəqəmsal portretini müəyyənləşdirir. 
Layihəyə Artım gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində Bank Technique sponsorluq edir.

Tarix: 21 may – 12 iyun 2014-cü il
Tədbirin açılışı: 21 may (saat 18:00-20:00)


DOWNLOAD CATALOGUE

GRID PHOTO FESTIVAL 2014

Yüklənir