May 2024

Love Me Love Me Not - Contemporary Art from Azerbaijan and its Neighbours

04 Apr - 25 May 14

LOVE ME LOVE ME NOT

Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənəti

Heydər Əliyev  Mərkəzi, Bakı, Azərbaycan

4 aprel – 25 may 2014

 

Love Me, Love Me Not  Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən “YARAT” qeyri-hökümət təşkilatı tərəfindən təşkil olunan və dəstəklənən və kuratoru xanım Dina Naseri-Xadivi olduğu bu tədbir 2014-cü ilin 4 aprel - 25 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.  

 

Əsərləri nümayiş olunan rəssamlar:

Faiq Əhməd (Azərbaycan)

Rəşad Ələkbərov (Azərbaycan)

Əfruz Amiqi (İran)

Şoca Azəri (İran)

Rəşad Babayev (Azərbaycan)

Mahmud Baxşi (İran)

Əli Bənisədr (İran)

Əli Həsənov (Azərbaycan)

Orxan Hüseynov (Azərbaycan)

Sitara İbrahimova (Azərbaycan)

Aida Mahmudova (Azərbaycan)

Taus Maxaçeva (Rusiya)

Fərhad Moşiri (İran)

Fərid Rəsulov (Azərbaycan)

“Slavyanlar və Tatarlar” qrupu (Avrasiya)

İliko Zautaşvili (Gürcüstan)

 

Xanım Dina Naseri-Xadivinin dediyinə görə: “Bu sərgidə nümayiş olunan hər bir əsər tamaşaçılara pavilyonda təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir və əhatə olunan mövzular barədə daha dərin biliklərlə paylaşmağa çalışır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdiyi işlərin nümayişi son nəticədə bizim hamımızın tarixi və coğrafiyanı nə dərəcədə düzgün qavradığımızı sorğu-sual edir”.

Azərbaycanın və qonşu ölkələrinin rəssamlarını bir tədbirdə toplayaraq, Love Me, Love Me Not sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni nöqteyi-nəzəri təqdim edir.

“Love Me Love Me Not” Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənəti sərgisi 2014-cü il mayın 25-dək davam edəcəkdir.

 

Giriş 5 AZN-dir. 

İş saatları  (Bazar ertəsindən başqa):

Bazar Ertəsi - Cümə 11.00 - 19.00 

Şənbə 11.00 - 18.00 

Ünvan: Heydər Əliyev pr., 1

Əlaqə telefonu: 012 505 1414

Contact phone: 012 505 1414


Yüklənir