Aprel 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI LONDON START İNCƏSƏNƏT SƏRGİSİNDƏ

26 İyn - 29 İyn 14

START incəsənət sərgisi

Azərbaycanın Müasir İncəsənət Sərgi Salonu yarmarkada iştirakını elan edir

26 – 29 iyun 2014

Saatchi Sərgi Salonu, London

Bakıda yerləşən “Yay” Sərgi Salonu “Prudential” fondunun təşkil etdiyi ilk “START Art” yarmarkasında iştirakını elan edir. Londonun “Saatchi” Sərgi Salonunda keçiriləcək yarmarka “Yay” Sərgi Salonunun Böyük Britaniyada təşkil olunan bu cür tədbirlərin birincisi olacaq.

Azərbaycan dilində “yaymaq” mənasını kəsb edən “Yay” Sərgi Salonu müasir incəsənət sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı qeyri-kommersiya təşkilatı “YARAT” tərəfindən təsis edilib. 2012-ci ildə “YARAT” Təşkilatının Qafqazda yerli müasir incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində təsis olunan “Yay” Sərgi Salonu incəsənət sahəsində beynəlxalq dialoqun təşkilini dəstəkləyir və əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlar arasında bölüşdürür.

“Saatchi” Sərgi Salonu və “Global Eye” Proqramının əməkdaşlığı nəticəsində ərsəyə gətirilən “START Art” yarmarkası beynəlxalq səviyyədə gənc rəssamların dəstəklənməsi ilə məşğuldur. Asiya, Avropa, Böyük Britaniya və ABŞ-dan bir çox sərgi salonlarının nümayəndələrini bir yerdə toplayan “START Art” yaramarkası “Yay” Sərgi Salonu üçün mükəmməl inkişaf məkanı ola bilər.

1989-cu ildə dünyaya göz açan Fərhad Fərzəliyev və Nəzrin Məmmədovanın ərsəyə gətirdikləri əsərlərini təqdim etməklə, “Yay” Sərgi Salonu 1991-ci ildən bugünədək müstəqilliyi bərpa edildikdən sonra formalaşan ilk Azərbaycan rəssamlar nəslini geniş ictimaiyyətə nümayiş etdirir. Son onilliklər ərzində Azərbaycanın məruz qaldığı sürətli mədəniyyət və estetika dəyişiklikləri əks etdirərək, “Yay” Sərgi Salonunun işləyib hazırladığı stend Azərbaycanın keyfiyyətcə yeni və püxtələşən müasir incəsənət səhnəsinin sirlərini açır.

1989-cu il təvəllüdlü Fərhad Fərzəliyevin 2014-cü ildə işləyib hazırladığı “Nənənin Lüğəti” adlı silsilə əsərlərində bəsit Sovet dövrünün parçaları ilə nənə-babalarımızın zamanında populyar olan neon şüarları birləşərək Sovet erası ilə bağlı həsrət hisslərini izhar edir. 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra Latın əlifbası ilə əvəz olunan Kirill əlifbası əsərdə istifadə edilib və, beləliklə, bu iş Sovet hökmranlığının və son səksən il ərzində rəsmi olaraq üç dəfə dəyişdirilən Azərbaycan əlifbasının təlatümlü hekayəsini nəql edir.

1989-cu ildə anadan olan Nəzrin Məmmədovanın 2014-cü ildə yaratdığı “Altıağac” şəkillər silsiləsində regionun coğrafi xəritəsini müəyyənləşdirən Qafqaz Dağlarının füsnkar fotoşəkilləri istifadə olunur. Dolğun rəngli pleksiqlas seqmentləri üzərinə fotoşəkil çevrələrini yerləşdirərək, Nəzrin Məmmədova Qafqaz Sıra Dağlarının mədəniyyət simvolizmi ilə regionda sürətlə dəyişən istehlak mədəniyyətinin sıx birləşməsini təsvir edir və, beləliklə, əcaib geniş istehlak materiallarının fəndgirliyi haqqında məlumat verir.

Tarix:                                   

26 - 29 iyun 2014-cü il

Ünvan:                                

“Saatchi” Sərgi Salonu, York Hersoqunun Malikanəsi, Kinqsroud,  London, SW3 4RY

www.startartfair.com

Tədbirin təşkil olunma vaxtı:

Çərşənbə 25 iyun 2014-cü il

Mətbuat üçün təqdimat (yalnız akkreditasiya olunmuş jurnalistlər iştirak edə bilər)
Cümə Axşamı 26 iyun 2014: 10:00 – 21:00
Cümə 27 iyun  2014: 10:00 – 18:00
Şənbə 28 iyun  2014: 10:00 – 20:00
Bazar 29 iyun  2014: 10:00 – 18:00

Ödəniş:                              

Birbaşa yerində ödəniş:              
20.00 funt – böyüklər üçün bir günlük bilet 
17.50 funt – 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet 

Əvvəlcədən qeydiyyatla:

17.50 funt - böyüklər üçün bir günlük bilet   

15.00 funt- 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet 

16 yaşadək tamaşaçılar üçün giriş pulsuzdur

Nə cür çatmaq olar:      

Sloun Meydanı və ya “Viktoriya” Metro Stansiyasından


VIEW CATALOGUE

www.startartfair.com

Yüklənir