May 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

YAY QALEREYASI "MAVİ FON" ADLI QRUP SƏRGİSİNİ TƏQDİM EDİR

07 Avq - 02 Sen 14

MAVİ FON
Qrup sərgi: Vüsal Rəhim və Ramal Kazımov

Yay tətilləri zamanı, YAY Qalereyası Mavi fon adlı Vüsal Rıhim və Ramal Kazımovun iştirakı ilə qrup sərgini təqdim edir. 


İdeyalıq, fərqli düşüncə, forma hissiyatı – bu əsas keyfiyyətlər Vüsal Rəhim və Ramal Kazımov yaradıcılıqlarını idarə edir. Gənc rəssamlardan hər biri Azərbaycanın müasir incəsənətinin müstəqilliyi və orijinallığı haqda fikir saxlayırlar. 

Vüsal Rəhim – gənc rəssam olmaqla Azərbaycanın müasir incəsənətinin nümayəndəsidir. Öz əsərlərinə rəssam hər zaman dərin ideyalı məzmun, öz görmə bucağı altında həyati həqiqət bəxş etməyə çalışır. 


Rəssam üçün ilham mənbəyi olan arxetipik obrazlar onun yaradıclığının mərkəzi mövzularından birinə çevrilib. Sərginin ekspozisiyasında Şaman silsiləsindən təqdim olunan tablolar ekssentrikdilər. Həqiqətin ümumiləşdirilmiş əksini konkret individuum formasında çatdırılması burada rəssamın əsas məqsədi  qismində çıxış edir. Əlvan, canlı yaxlar, rəng ləkələri, bir rəngin digər rəngin üzərinə təzadlı vurulması bu işlərə yüksək ekspressiya hissi verir. Bu işlərin statik kompozisiya quruluşuna baxmayaraq, fiqurların xəttlərinin əyilməsi, danışan ritmik kolorit və mövzunun subyektiv açıqlanması onlara güclü daxili dinamika bəxş edir. 

Hər bir əsərin onun müəllifinin avtoportreti olduğu kimi, Vüsalın Ölüm, Məhəbbət və Əzab, Canlı Əks əsərləri yaşanılmış dərin və səmimi həyat reallıqlarının nəticəsidir. Bu kətanların mücərrəd və öz spektrında geniş olan mövzusu dualistik və gərgindir.

Gənc rəssam Ramal Kazımovun əsərlərinin vacib aspekti istifadə olunan palitra və yaradılmış formanın bərabərhüquqlu ortaq olduqları bədii dialoqun yaradılmasıdır. Onun açıq rəngkarlığı sərt reallıqla korlanmayıb. Onun aksentləri dəqiqliklə vurulub. 

Ekspozisiyaya daxil olan Göy fon, Balıqçı, Qızıl Balıq, Qapıçı tabloları rəssamın yaradıclığı üçün xarakterikdir. Ramalın işlərinə formaların avanqardist hiperbolizasiyası xasdır. Öz rəngkarlığında rəssam, qayda olaraq, aşağı rakursu sevir, bununla belə öz fiqurlarını tam hündürlükdə göstərməyə nail olur. Fiqurların fərqləndirici xüsusiyyəti kimi isə Ramalın personajlarını parçalayan, kifayyət qədər hiss olunan ağrı hissini qeyd etmək olar.  


Daha ətraflı məlumat üçün

info@yaygallery.com

+99412 5052323


KATALOQA BAX

ƏTRAFLI

FACEBOOK

Yüklənir