May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

TƏCAVÜZ: MUZEY 2014

18 Okt - 08 Dek 14

TƏCAVÜZ. MUZEY 2014

Kurator Səbinə Şixlinskaya

ARTIM layihəsi çərçivəsində


Sizi böyük məmnuniyyətlə “Təcavüz. Muzey 2014 ” layihəsinin yekun sərgisinə dəvət edirik. Sərgi 18 oktyabr - 8 dekabr 2014-cü il müddətində Bakının ən böyük muzeylərində yer alacaq – Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu. Layihəyə Bank Technique dəstək verir.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılmışdır.

Bu layihənin rəhbəri – Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihənin iştirakçıları: Natavan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xəliqova, Aysel Nağıyeva, Rufat Aliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışeva, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Habib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiyani, Hüseyn Həsənov, Nərmin İsrafilova, Fidan Hacıyeva.


Altı ay ərzində “Muzey 2014 – Təcavüz” layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi oldu. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət etdilər.


Program: 

18 Oktyabr 2014

16:00 Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç. 11-13)

17:30 Azərbaycan Xalça Muzeyi (Mikayıl Useynov pr. 28)

19:30 “Atəşgah məbədi”, Dövlət Tarix-Memarlıq Qoruğu

20:00 “Atəşgah məbədi”, Performans – Nərmin İsrafilova “Səsin yaranması”

20:30 “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda furşet

*18:30-dan 19:00-a kimi Xalça Muzeyindən “Atəşgah məbədi”nə avtobuslar təşkil olunacaqdır.

*21:00-dan 22:00-a kimi “Atəşgah məbədi”ndən avtobuslar şəhərə yola düşəcəklər.

19 Oktyabr 2014

18.00 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, rəssamlar ilə görüş

20:00 – 24:00 Azərbayca Xalça Muzeyi, “Muzeydə gecə”, rəssamlar ilə görüş


www.yarat.az

Əlaqə telefonu: 012 505 1414


VIEW CATALOGUE

FACEBOOK EVENT

Yüklənir