May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT EMALATXANALARININ AÇILIŞI

01 Noy - 02 Noy 14

YARAT Müasir İncəsənət Məkanı Sizi 1 Noyabr 2014-cü il tarixində saat 12:00-dan 00:00-dək davam edəcək Yarat Rəssamlar emalatxanalarının açılışına dəvət edir.

 


YARAT Rəssamlar Emalatxanaları 11 azərbaycanlı rəssamın bir arada çalışdığı, istirahət etdiyi və ideyalarını bölüşdüyü, işləri və yaradıcı enerjiləri ilə zəngin bir məkana çevrilib.

YARAT Rəssamlar Emalatxanaları yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir, harda ki, Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Ahmed, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar. Yaradıcı igamətkahda, hətta beynəlxalq rəssamların studiyalarda boyunca rahat yaşayış və işləmələri üçün gərəkli şərait yaradılıb. İlk qonaqlarımızı 2015-ci ilin əvvəllərində qarşılamağı planlaşdırırıq.

1 Noyabr tarixində YARAT Rəssamlar Emalatxanaları günortadan gecə yarısınadək qonaqlarımızın üzünə açıq olacaq.

Bütün gün ərzində rəsmlərin, heykəllərin, kölgə installyasiyalarının, eksperimental musiqi və video installyasiyalarının detallarını sizinlə məmnuniyyətlə bölüşməyə hazır rəssamlarla tanışlıq şansınız olacaq. Siz incəsənətin mürəkkəb və valehedici ərsəyə gəlmə prosesininin bir parçasına çevriləcəksiniz.

Açılış proqramına həmçinin Dilarə Atakişiyevanın rəhbərlik etdiyi “Da’Art” Uşaq studiyasına aid qısa seminar (saat 12.00-dan), məşhur DJ Pancho tərəfindən musiqi proqramı və sərinləşdirici içkilər daxildir (saat 20:00-00:00)


Ünvan: Həsən Əliyev küç., məhəllə 1061, Nəsimi rayonu, Kimya şəhəri (Megastore marketinin arxası).
1 Noyabr, 2014 (Saat 12:00 – 00:00)
Həyat yaradıcılığını, azadlığı və xoşbəxtliyi sevən və dəyərləndirən hər kəs üçün giriş sərbəstdir!


#yaratstudios


FACEBOOK EVENT

Yüklənir