May 2024

E·PHEM·ER·A SƏRGİSİ BAKI MİM-DƏ

20 Dek - 20 Yan 15

Bakı Müasir İncəsənət Muzeyində, dekabrın 20-sində açılacaq e·phem·er·a sərgisi, YARAT qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən gənc kuratorların sərgiləri silsiləsindən üçüncüsü olacaq.


Mifoloji mövzu ilə birləşmiş kurator ideyası, bu səkkiz rəssamın işlərinə söykənmişdir: Eliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıqzadə.

Hər şeyin mərkəzində - usta rəngkarların əsərlərində və klassiklərin poetik sətirlərində təsvir olunmuş Mif durur: çoxsaylı tablolardakı obrazları və ədəbi əsərlərdə şifrələnmiş obrazları bir-biri ilə əlaqələndirən görünməz bağlar, məna paralelləri, tarix və əsrlər boyunca formalaşmış rəmzlər və alleqoriyalar. Müəlliflərin fikrincə, bütün bunlar bizim özümüzü və indiki çağımızı xarakterizə edir.

Muzey ilə YARAT təşkilatının əməkdaşlığı, artıq bir ildən çoxdur ki, Əməkdar rəssam və kurator Sabina Şixlinskayanın “Kurator-mediator təcrübələri” adlı ustad-dərsi nəticəsində əmələ  gəlib.

2014-cü il ərzində, Muzeyin baş sərgi salonunda artıq NUDAVERITAS və MEGAPOLIS layihələri təqdim olunub. Bu layihələri – muzey kolleksiyalarına yenidən baxılması işində uğurlu eksperiment hesab etmək olar. Hər iki halda, maarifləndirici kurs çərçivəsində yaranmış fikir, tamdəyərli art-layihə ölçülərinə qədər böyüyə bilib. Layihələrin iştirakçıları Bakı MİM-in arxiv və ehtiyatlarına zaman məhdudiyyəti olmadan daxil olmaq imkanı qazanmışlar, biz isə, sizinlə bircə – tanış süjetlərin yeni oxunuşuna hüdudsuz vəsiqə qazanmışıq.


İdea: Leyla Aghayeva

Kurator: Samira Sefi


Məkan: Müasir İncəsənət Məkanı

Tarix: 20.12.2014 – 19.01.2015

İşləmə saatları: Çərşənbə Axşamı - Bazar. Saat 11:00 – 20:00

Bazar Ertəsi - qeyri iş günü

Giriş: 5 AZN                                  

www.yarat.az / www.mim.az 


FACEBOOK EVENT

Yüklənir