Aprel 2024

YARAT Müasir İncəsənət Məkanı 'Müasir?' ('Contemporary?') adlı rəqs performansını təqdim edir

14 Apr - 15 Apr 15

Xoreoqrafiya və ifa: Mantas Stabačinskas, Agnė Ramanauskaitė və Paulius Tamolé


YARAT və Litvanın “Arts Printing House” Mərkəzi böyük məmnunluq hissi ilə birlikdə “Müasir?” (“Contemporary?”) adlı performansı təqdim edirlər. Artıq “Qızıl Səhnə Xaçı” ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Martın 15-də isə performans ifaçılarından biri olan Agnė Ramanauskaitė tərəfindən rəqs məşğələsi də keçiriləcək. 

İlk tamaşası “Arts Printing House” Mərkəzində 2013-cü ildə baş tutmuş bu 60-dəqiqəlik əsər Litvanın müasir rəqs mənzərəsini hədəfə alaraq, rəqs, xoreoqrafiya və səhnələşdirmə prosesinin içindən həmin mövzuya nəzər salır. Yumor və fiziki hərəkətlər vasitəsilə “Contemporary?” performansı tamaşaçılar qarşısında müəyyən suallar qoyur: bu günün müasir rəqsi nədir? səhnələşdirməsi necə olmalıdır? bir də, özünə qarşı istehza ilə səslənərək: rəqsi anlamaq tamaşaçının nəyinə lazımdır?  

Əsəri düşünüb, ona quruluş verib ifa edənlər: 16 il ərzində 30-dan artıq səhnə obrazı yaratmış adlı-sanlı Litva rəqqası və xoreoqrafı Mantas Stabačinskas; Litvalı rəqqasə, aktrisa və pedaqoq, Litva Teatr və Musiqi Akademiyasının məzunu Agnė Ramanauskaitė; bir də Litvalı rəqqas və aktyor, 2010-cu ilin “Ən yaxşı gənc aktyor” teatr mükafatının nominantı Paulius Tamolé. “Contemporary?” performansı artıq beynəlxalq miqyasda da təqdim olunmuşdu, o cümlədən Almaniya və Estoniya kimi ölkələrdə nümayiş etdirilmişdi. 


Rəqs üzrə ustad dərslər: 15 aprel 2015-ci il, Azərbaycan Dövlət Rus Dram Teatrı, saat 16:00

Performansdan əlavə, Agnė Ramanauskaitė martın 15-də Azərbaycan Dövlət Rus Dram Teatrında rəqs məşğələsi də keçirməlidir. Bu məşğələ tələbələrin təbii və biixtiyar hərəkət hissini gücləndirməlidir, onların “rəqs lüğəti”ni zənginləşdirmək üçün onlara müasir rəqs texnikalarını öyrətməlidir.


Məkan: Rus Dram Teatr, Xəqani küçəsi 7

Performansın tarixi: 14 aprel2015, 19:00


Əlaqə: info@yarat.az ya da +994125051414


FACEBOOK

Yüklənir