Aprel 2024

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

ƏLAQƏ

+99412 505 2323

 

Xəritə

Tezliklə: YAY QALEREYASINDA DUBAY CUADRO QALEREYASININ RƏSSAMLARININ SƏRGİSİ

11 İyn - 30 Sen 15

YAY Qalereyası 2015-ci il 11 iyun tarixindən 31 avqust tarixinədək Dubayda yerləşən Cuadro Qalereyasının tərəfdaşlığı ilə `Mövcudluğun dözülməz yüngüllüyü` adlı Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın qrup sərgisini təqdim edir. 


Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdiriləcək. Dubayda yerləşən Cuadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn özlərinin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim edəcəklər. Əsərlərin başlıca mövzusu – şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir. Roberto Lopardo isə “Bakının xəritəsi” (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlamışdı.

Roberto Lopardo “Bakının xəritəsi” (Mapping Baku) adlı əsərini məxsusi olaraq YAY Qalereyasında keçiriləcək sərgi üçün sifarişimizlə ərsəyə gətirmişdi. Bu əsər rəssamın Mappings (“Xəritələr”) silsiləsində on üçüncü instalyasiyadır. Mappings silsiləsi elə bir foto performansıdır ki, onu yaradarkən rəssam 24 saat ərzində hər dəqiqəyə bir kadr çəkir. Həmin çəkilişin nəticəsi olan fotolar bir içəridən işıqlandırılan laytboks (işıq) qutusunun üzərinə çəkiliş ardıcıllığı ilə düzülürlər. Beləcə, 24 sıra fotoşəkil alınır (hər biri çəkilişin bir saatını əks etdirir), hər sırada isə 60 şəkil olur (hər biri çəkilişin bir dəqiqəsini əks etdirir). Çəkiliş zamanı rəssam əvvəlcədən müəyyən olunmuş istiqamətlə yox, tam əksinə, kortəbii hərəkət edərək kamerası ilə şəhərin mənzərəsini və müxtəlif obyektlərini təbii surətdə qarşısına çıxdıqca çəkir. Bu fotolar yan-yana düzülərək şəhərin vizual sehrini nümayiş etdirirlər – şəhərin rənglərini, naxışlarını, adətlərini, daxili əlaqələrini, enerjisini və s. Bakıdan öncə bu layihə İstanbul, Ciddə, Bəhreyn, Doha, Qüds və b. şəhərlərdə həyata keçirilmişdi.    

Manal Əl-Doveyn ağ-qara fotoşəkillərdən ibarət silsilələr yaradaraq, özündən öncəki nəsillərin yaddaşını canlandırmağa çalışır. O, neft sənayesində çalışan ailədə boya-başa çatıb, şəxsən özü də əvvəlcə neft sahəsində işləyib, sonradan rəssam olmuşdu. Odur ki, “Səni unutsam da, unutma məni” foto silsiləsində Əl-Doveyn öz atasının nəslinə məxsus xatirələri sənədləşdirmişdi. Bu fotolar vasitəsilə o, Səudiyyə Ərəbistanın neftçilərində – həm kişi, həm də qadınlarında müşahidə etdiyi xatirələri, hərəkətləri, səciyyəvi əşyaları, onların söhbətlərini göstərərək, bir müəllif kimi öz dilindən söhbət də açıb tamaşaçıya hekayətlər söyləyir. Kamil Zəkəriyyə isə 1985-ci ildə Livanda tüğyan edən vətəndaş müharibəsi xaosundan necə baş götürüb getməsini özünün “Elə isə – rədd ol!” silsiləsində sənədləşdirmişdi. Əl-Doveynin əsərlərində olduğu kimi, Zəkəriyyə də öz işlərində insanlarla, şəhərlərlə, ən müxtəlif eksteryer və interyerlərlə rastlaşdığını canlandırır. Məhəmməd Əhməd İbrahim isə heykəllər, bir də Turãb seriyasından kollajları sərgiləyəcək. İbrahimin yaratdığı abstrakt görüntülər və formalar onun təbiətlə münasibətini əks etdirərək, sanki, tamaşaçıya üz tutub, deyirlər: “İnsan təbiətin bir hissəsidir və bunu duyduğu zaman o, üstündəki qat bağlamış çöküntüləri lay-lay, parça-parça qoparıb tullamağa və sənət əsərləri yaratmağa başlayır.”


About Cuadro Gallery

2008-ci ildə təşkil olunan, Dubay Beynəlxalq Finans Mərkəzində yerləşən yerləşən Cuadro İncəsənət Qalereyası tez BƏƏ-nin ilk müasir incəsənətin cəmləşdiyi məkanlardan biri olmuşdur. Sərgilər, təhsil, rezidentura və müşavirə: Cuadro Fine Art Gallery diqqət dörd düymələri sahələri saxlayır.

Cuadro nin yaşamış sərgi müxtəlif yanaşmalar və sənət icra üslub yaşamağa imkanı ilə tamaşaçıları təmin edir. Bu sərgilər mühazirələr, seminarlar və panel ibarətdir Cuadro Təhsil Proqramı, ilə genişləndirilir olunur. Cuadro da Residency BƏƏ-də sənətçi studiya kosmik bir qrup seçin edir. yerli və beynəlxalq rəssamlar, tez-tez də rezidenturaya sonunda onlar Cuadro yerləşdirilmişdir işi nümayiş imkanı təmin edilir. Cuadro də bina və mövcud kolleksiyaları artırılması, eləcə də yeni kolleksiyaları yaratmaq kömək, onun ağıllı kollektorlar üçün ixtisaslı incəsənət məsləhət xidmətləri göstərir.

Bu təşəbbüslər vasitəsilə Cuadro dinamik məşğul və yerli və beynəlxalq incəsənət icmalar üçün əlavə dəyər sadiqliyini saxlayır.


Təqdimat günü: 11 iyun, 2015 saat 19:00.

Giriş sərbəstdir.

Sərgi 31 avqust 2015-ci il tarixinədək davam edəcək.

İş vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com


YAY GALLERY

Yüklənir