May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT REZİDENSİYASI: NEDA ZARFSAZ (İRAN) STUDİO ŞOU İLLÜMİNASİYA

26 May - 27 May 16

YARAT Müasir İncəsənət Məkanı, böyük məmnuniyyətlə Sizi YARAT-ın növbəti rezidenti İran rəssamı Neda Zarfsaz tərəfindən hazırlanmış illüminasiya şousuna dəvət edir.


Neda Zarfsazın yaradıcılığı mövcudluq və yoxluq konsepsiyalarının üzərində qurulmuşdur. Platonun məşhur “Günəşin materiyasını hamı, ruhunu isə heç kim görmür” kəlamından ilhamlanan rəssam, işığı kamerada əks etdirməklə, onu maddiləşdirməyə cəhd göstərmişdir. Parlaq, gözqamaşdırıcı işıqlarla əhatə olunmuş möcüzəli mənzərələr silsiləsi tənha və oynaq vəhdətlərin romantik duyğuları ilə harmoniya təşkil edir.

Rəssam İran mədəniyyətində illüminasiyanı və doğruluğu vurğulayan güzgülərin düzgün istifadəsinə müvəffəq olmuşdur.


Videoçarxlar və fotoşəkillərdən ibarət sərgi iki gün ərzində YARAT Emalatxanaları məkanında nümayiş etdiriləcək.


Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. O, Höteborq Universitetinin nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. 2011-ci ildə, o İsveçin Höteborq şəhərində “Adlerbertska Hospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülmüşdür. 

Neda Zarfsaz Tehranın “Azad Art”, “Etemad” rəsm qalereyaları, Urmiyanın “Mohtasham” qalereyası, Dubayın “Mottahedan Projects” sərgi salonunda, Höteborqun “Backa” Mədəniyyət Evində fərdi sərgiləri keçirilmişdir. “Haugesund Kunstforening” (Haygesun, Norveç),“Momayez Gallery” (Tehran) qalereyaları, İran Rəssamlar Forumu, “Sammlung Lenikus” (Vyana), “Endjavi Barbe Art Projects” (Bazel, İsveçrə), “Pasinger Fabrik” (Münhen), “Galleria Clou” (Raquza, İtaliya), “Atopia” (Oslo) sənət mərkəzləri, 6-cı İran Milli Heykəltəraşlıq Biennalesi, “Niavaran” (Tehran), “Röda Sten” (Höteborq) və bir çox digər tədbirlərdə qrup sərgilərində iştirak etmişdir.


Sərginin 1-ci günü: 26 May, saat 18.00

Sərginin 1-ci günü: 27 May, saat 18.00


Məkan: YARAT Emalatxanaları

Ünvan: Akademik Həsən Əliyev küç.,1061, Nəsimi rayonu

Əlaqə nömrə: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir