Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

YAZILIN! İŞTİRAK EDİN! ARTIM LAB LAYİHƏSİ

26 Yan - 26 Fev 17

YARAT Müasir İncəsənət Məkanı ARTIM LAB layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. 


Layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.


MƏQSƏD

  • Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır. 
  • Müxtəlif materiallar, sənət texnika və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq 
  • Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YARAT-IN TƏMİNATI

  • Müxtəlif materiallar və mövzuları təcrübədən keçirmək üzrə 3 praktiki ustad dərsi
  • Təlim proqramı müddətində “YARAT STUDIOS” məkanında şərikli emalatxana
  • YARAT-ın kuratorlar komandası ilə daimi görüşlər
  • Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.)
  • Proqram çərçivəsində 3 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi keçirmək
  • Yekun sərgi üçün məhdud büdcənin ayrılması

İŞTIRAKÇILAR ÜÇÜN TƏLƏBLƏR

Proqram  iştirakçıları  incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT AKADEMİYASI-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər. Gündəlik emalatxana təcrübəsi isə proqram iştirakçılarının praktiki bacarıqlarını möhkəmləndirəcək.

  • Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək
  • Gündə ən azı 3 saat emalatxana təcrübəsi
  • Hər həftə 2-3 saat kuratorlarla müzakirələr
  • YARAT AKADEMİYASI-nın mühazirəlində və ARTIM LAB çərçivəsində keçirilən ustad dərslərində iştirak
  • Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 3 qısa təqdimat sərgisi üçün 3 fərqli incəsənət əsərinin yaradılması (əsərlərin istehsal xərcləri iştirakçılar tərəfində ödənilməlidir)

Portfolioların son göndərilmə tarixi: 

26 fevral 2017-ci il tarixinədək artimlab@yarat.az e-mail ünvanına göndərmək


Seçilmiş namizədlərin elanı: 

28 fevral 2017-ci il


Layihənin müddəti: 

Mart 2017 – Mart 2018


FACEBOOK

Yüklənir